“Pokrov Məhərrəm” bir qədəh viskinin badına getdi: Uzun müddətlik həbsi də gözlənilir - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Oxunub: 1 182
30 Ekm 2019 | 16:30
“Pokrov Məhərrəm” bir qədəh viskinin badına getdi: Uzun müddətlik həbsi də gözlənilir - YENİLƏNİB

“Pokrovsk Məhərrəm” Moskvada yox, Volqoqrad şəhərində həbs edilib.
Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, haqqında ev dustaqlığı ilə bağlı məhkəmə qərarı olan Məhərrəm Quliyev Rusiya paytaxtını tərk edərək Volqoqrada gedib. Onun Volqoqraddakı restoranların birində əlində viski dolu qədəhlə görüntüləri yayılandan sonra saxlanılıb.
Saxlanıldıqdan sonra Quliyev Volqoqrad vilayətinin Novonikolayevs rayon məhkəməsinə gətirilib.
Digər bir məlumata görə, Azərbaycana deportasiya edilməsi Məhərrəm Quliyev üçün çox yüngül cəza da sayıla bilər. Çünki onun Moskvada bəzi iş adamlarıyla ciddi problemləri varmış. Söhbət onlara qarşı təhdid, şantaj və hədə-qorxular gəlməkdən gedir. Onun “Fud Siti” bir iş adamına 1 milyon dollar borclu olduğu da bildirilir. Bu iddialarla cinayət işi qaldırılarsa, uzunmüddətli həbsi də gözlənilir.
***
15:15
Moskvada “Pokrov Məhərrəm” kimi tanınan iş adamı Məhərrəm Quliyev saxlanılıb.
Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, o Rusiya miqrasiya qanunvericiliyinin şərtlərini pozduğuna həbs edilib və miqrantların saxlanma məntəqəsinə göndərilib. Onun tezliklə Rusiyadan deportasiya ediləcəyi gözlənilir.
“Pokrov Məhərrəm” Moskvada, necə deyərlər, bazar meneceri kimi tanınırdı və Rövşən Lənkəranskiyə yaxınlığı ilə tanınırdı. Rövşənin ölümündən sonra o, Quliyə sığınmaq istəsə də, “qanuni oğru” onu yaxınına buraxmamışdı.
Son illər kefcil həyat tərzi keçirən Məhərrəm tez-tez gizli fəaliyyət göstərən kazinolara gedir, orda külli miqdarda pullar uduzurdu.
Bir neçə il əvvəl haqqında ev dustaqlığı haqda qərar çıxarılmasına baxmayaraq, məhkəmənin qaydalarını pozmaqla məşğul idi. Tez-tez dostları ilə bərabər paytaxt Moskvanın elit restoranlarında görünən “Pokrovka Məhərrəm” oradan çəkilmiş fotolarını sosial şəbəkələrdə də yaymaqdan çəkinmirdi.
Məlumata görə, o, yaxın vaxtlarda Bakıya göndəriləcək.
Bugün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Bugün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Bugün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Bugün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Bugün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
Dün, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Dün, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
Dün, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Dün, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Dün, 11:13
Milli Məclisin iclası başlayıb
Dün, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
Dün, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Dün, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Dün, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb
11-06-2026, 10:54
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb