Bakının mərkəzində avtomobil yolu çökdü Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)
Bakının Nəsimi rayonu ərzisində avtomobil yolu çöküb.
 Hadisə gecə saatlarında C.Məmmədquluzadə küçəsinin Bakı metropoliteninin tikilməkdə olan stansiyasının yaxınlığında baş verib.
 "Report"un məlumatına görə, hadisədən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi ziyan dəyib.
 Ərazidə olan sakinlər əlavə hər hansı bir qəzanın baş verməməsi üçün yola avtomobillərin giriş-çıxışını qadağan edən yol nişanları düzüblər. 
 Sürücülərin verdiyi məlumata görə, bununla bağlı polisə məlumat verilib.
 Hazırda polis əraziyə baxış keçirib, aidiyyəti qurumların nümayəndələri qəza yerinə cəlb olunub.
 Məlum olub ki, çöküntünün dərinliyi təxminən 8 metrdir. 
 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi deyir ki, ilkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir.
 Hadisənin dəqiq səbəbləri məlum deyil. 
 İyulun 15-də günorta saatlarında sözügedən yolda boru çəkilməsi üçün qazıntı işlərinin aparıldığı deyilir.


Oxu 486 dəfə