Az qala, 40 ildir çalışdığı Sabirabad rayonu, Türkəndi kənd orta məktəbindən uzaqlaşdırılan fizika müəllimi Sahib Rüstəmlinin bu gün (23 fevral 2017) Sabirabad Rayon Məhkəməsində baş tutan prosesdə iddiaları təmin olunub. O, yenidən çalışdığı məktəbə bərpa olunub.

Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin arrel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddətinin başa çatmasına az qalmışdı.(Apa)

24saat.org saytına daxil olan və hələlik təsdiqlənməyən xəbərə görə, “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru Cahangir Əsgərov tutduğu vəzifəsindən azad olunub.

Məlumatın yaxın dəqiqələrdə hakimiyyətə yaxın saytlarda yayımlanacağı gözlənilir.

Xatırladaq ki, o, 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirmişdir.

1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləmişdir.

1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.

Evlidir, 2 övladı var.

ABŞ prezidentinin qurucu maskasının yırtılması və dağıdıcı simasının ifşası üçün 30 gün bəs elədi

Qurban Cəbrayıl

Dünya ictimaiyyətinin okeanın o tayına dikilmiş nəzərləri yavaş-yavaş çəkilməkdədir; beynəlxalq sülhə bu istiqamətdən yönələn təhdidlərin nisbətən azalacağı ehtimalı tədricən öləziyir. Başlıca səbəb Ağ Evin yeni sahibindən gözləntilərin birmənalı şəkildə özünü doğrultmamasıdır. Hər ötən gün Donald Tramp daha da “rəndələnir”, sürüşkənləşir, variantlanır, jandarmlaşır… qısası, yavaş-yavaş əsl Amerika Birləşmiş Ştatları prezidentinə oxşamağa başlayır. Amansız hərbdən, zorakı qloballaşmadan, ədalətsiz sanksiyalardan, adekvat cavab tədbiri reallaşdıran təcavüz aktlarından, üzücü regional münaqişələrdən bezən dinc bəşər, yürüdülən siyasətin qarşılıqlı anlaşmaya, bərabərhüquqlu əlaqələrə, iqtisadi əməkdaşlığa köklənməsinə çalışacaq bir amerikalı liderə bəslədikləri ümidləri ürəklərindəcə dəfn etməkdədir. Hiss olunur ki, seçki-inaqurasiya mərhələsində çoxsaylı qəribəlikləri ilə yadda qalan biznesmenin düşüncəsi, nitqi və hərəkətləri həm özü, həm də yönətmənləri tərəfindən ciddi redaktəyə məruz qalır. Başqa yol da yoxdur axı… Əks təqdirdə, kulisdən hər addımına göz qoyan mason lojasının qəzəbinə tuş gələr, sələfi Con Kennedinin taleyini yaşayar; bütün müttəfiqləri küsdürüb ölkəsinin beynəlxalq aləmdə təklənməsinə rəvac verər; Vanqa qarının proqnozları doğrular – ABŞ ştatlara parçalanar və sair.

Artıq Rusiya prezidenti Vladimir Putini qatil adlandıran teleaparıcının sözünü kəsən, vəzifə təhvil-təslimi zamanı nüvə çamadanını görəndə “dəhşətə gələn”, iş adamlarına yağlı vədlər verən, Fələstin ərazilərində qeyri-qanuni yəhudi məskənləri salan İsraili bu mövqeyindən “bir az çəkinməyə çağıran” zorən siyasətçidən əsər-əlamət qalmayıb. Onu öyüd-nəsihət, təbliğat-təşviqat, cahanşümul ideyalar, saksafonda (balabanda) qandırmaqla, sadalananlardan nəticə hasil olmadıqda isə zəhər damcılarının təsirini xatırlatmaq və snayper tüfənginin nişangahını göstərməklə tərbiyələndirdilər. Onun Çinin iqtisadi qüdrətini azaltmağa hesablanmış Trans-Sakit Okean Ortaqlıq müqaviləsini (TPP) ləğvi, İran və Şimali Koreya haqqında səsləndirdiyi reallıqdan uzaq fikirlər, ABŞ xarici siyasətinin ruporuna çevrilmiş KİV-lər (“The-New York Times", NBC, ABC, CBS, CNN) barədə twitter səhifəsində yazdığı “xalqın düşmənidirlər" statusu da yalnız acı bir lətifə, qaravəlli səviyyəsində xatırlanacaq. Hər şeydən öncə ona görə ki, primitiv düşüncə tərzinin nümayişindən əlavə, ucuz sensasiya, reformator libasında zühur, necəsə dünyanın diqqətini cəlb eləmək məqsədilə ortaya atılmışdı.

D.Trampın daha bir illuziyası da bir neçə gün öncə İsrailin baş naziriylə birgə keçirdiyi mətbuat konfransında - Yaxın Şərqdə hökm sürən 70 illik gərginliklə bağlı mövqeyinin faş olması ilə dağıldı. Əslində Benyamin Netanyahu okeanın o tayına yəhudilərin yeni rəhbərliyə ciddi “stavkasını” nümayiş etdirməklə, Barak Obama dönəmində soyuyan ABŞ-İsrail münasibətlərini istiləşdirmək, təcavüzkar niyyətlərinə köklü zəmanət almaqdan ötrü getmişdi. Eyni zamanda, prezidentə görünməklə bəzi mesajlar vermək, ən başlıcası isə İsrail-Fələstin münaqişəsinin özləri üçün sərfəli həllində rəsmi Vaşinqtonun sərgiləyəcəyi mövqeyi konkretləşdirmək amacı güdürdü. Daha dəqiq, növbəti cığal, hoqqabaz, gözə kül üfürən oyunları və işğalçılıq layihələrində qərəzli, tərəfkeş arbitri möhkəmləndirməyə, ona neçə davranacağı və nə söyləyəcəyi ssenarisinin diqtəsinə çalışırdı, şübhəsiz ki, məqsədinə də nail oldu. Əks təqdirdə, Ağ Ev sahibi indiyədək problemin həlli istiqamətində ölkəsinin üzdə də olsa nümayiş etdirdiyi görüntünün üstündən çalın-çarpaz xətt çəkməzdi. Həmin həlledici görüşdə Tramp iki dövlət arasındakı “qırılmaz bağları" xatırlayıb, İsraili "sevimli müttəfiq" adlandırdı. Və yəhudi əsilli kürəkəni Ceyerd Kuşnerin də sıx əlaqələrinin olduğu ölkə ilə Obamadan xeyli fərqli, sionizmin maraqlarını qoruyan siyasət yürüdəcəyini heç gizlətmədi də…

Bildiyiniz kimi, son proseslərə qədər həm Amerika, həm də BMT, Avropa İttifaqı, Ərəb Təşkilatı və digərləri Fələstin dövləti ilə sülh müqaviləsinin bağlanması zəminində konfliktin həllini dəstəkləyirdilər. Trampın seçki kampanyası dövründə İsrail "West Bank"da yeni yaşayış məskənləri salırdı və gələcək prezident hökuməti bunu davam etdirməyə çağırırdı. Lakin daha sonra bu addımın "sülh üçün yaxşı olmadığını" vurğuladı. Ötən çərşənbə reallaşan konfrans zamanı isə konfliktə münasibətdə iki dövlətdənsə "vahid dövlət" ideyasını dəstəklədiyi bəyanlandı. Ağ Evdən açıqlanıb ki, Fələstin dövlətinin tanınmasını nəzərdə tutan sülh müqaviləsini pozmaq istəyirlər, belə bir nəticə ilə davamlı sülh əldə etmək mümkün deyil. "Heç kəs sülh gətirməyəcək iki dövlətin yaradılmasını hədəf götürməyib. Hədəf sülhün əldə edilməsidir, əgər tərəflər istəyərsə, bu, baş verə bilər, ya da ki, başqa cür həll etmək olar "- deyə, rəsmi mənbə bildirib. Tramp hətta həmin məsələnin gerçəkləşəcəyi təqdirdə ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürüləcəyini də söyləyib: "Nə baş verəcək görəcəyik, məsələ bizim diqqətimizdədir."

Lakin absurd ideya anındaca sərt təpkilərlə qarşılandı. Ağ Evin və ardından Trampın Fələstinin dövlət kimi tanınmasını nəzərdə tutan "iki dövlət" konsepsiyasına qarşı çıxmalarına BMT-nin baş katibi Antonio Qüterres münasibət bildirdi: "Konfliktin həlli üçün iki dövlətin yaradılmasından başqa alternativ yoxdur və bundan ötrün biz əlimizdən gələni etməliyik!"

Bildiyiniz kimi, 1947-ci il noyabr ayının 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxarıb. Qərara əsasən, Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan bir faiz beynəlxalq ərazi оlmalı idi. Sionistlər 1948-ci il may ayının 14-ü axşamı müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Digər dövlətinsə nəinki yaranmasına imkan tanımadılar, tədricən Fələstin ərazisinin 77%-ni (20770 kvadrat km) də müxtəlif xəyanət və basqınlarla tutdular. 1974-cü ildən sonra BMT fələstinlilərə hüquqlarını qorumağa, özlərinə münasib üsulla (silahlı da olsa belə) əllərindən zorla alınmış yerləri uğrunda mübarizə aparmağa icazə verən qətnamələr hazırlandı. Bu sənədlərdə siоnistlər irqçi və fələstinli köçkünləri dоğma vətənlərinə dönməkdən məhrum edən tərəf kimi göstərilmişdi. Lakin ABŞ və müttəfiqlərinin hər zaman siоnizmə dəstəkləri, "vetо" hüququndan məharətlə bəhrələnmələri sayəsində belə qərarların həyata keçməsi müşkülə çevrildi. Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də də müdaxiləçidən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoyulması tələbini səsləndirdi.

Amma çifayda, İsrail hökuməti İordan çayının qərb sahilində yəhudi məskənlərini genişləndirmək, əlavə 2500 ev tikmək niyyətini var-gücü ilə reallaşdırmağa çalışır.

Hər şeydən öncə məkrli planların ta qədimdən gen-bol ərazilərə malik, amma başına bomba yağdırılaraq tarixi torpaqlarından didərgin salınmış böyük bir xalqın sınıq taleyi üzərində qurulduğundan, elə onların da rəyi, reaksiyası əsasdır. Və təbii ki, Fələstin rəhbərliyi, ayrı-ayrı müqavimət hərəkatları, vətənpərvər birliklərdən əlavə, uzun illər qanuni haqları uğrunda cihada qalxıb şəhidlik məqamına yüksələn, ölümdən, vücudunun bir hissəsini itirməkdən qorxmadan Saxal tankları və buldozerlərinin qabağına daşla çıxan uşaqlı-böyüklü sadə kütlələr bu qərarı da təcavüzün növbəti mərhələsi və dünya jandarmının sülhpərvər maskasının cırılması kimi qiymətləndirəcək. Bir sözlə, fələstinlilər ABŞ-ın on illərlə davam edən sülh prosesini poza biləcəyindən narahat və qəzəblidirlər. Prezident Mahmud Abbas dəfələrlə supergücləri problemi düyünə salmaqda, rəsmi Tə-Əvivi isə aradakı hərbi-siyasi dartışmaları dini zəminli münaqişəyə çevirməkdə suçlayıb. Belə köksüz və zərərli manipulyasiyalara HƏMAS-ın münasibəti bəri başdan aydındır. Fələstin Azadlıq Hərəkatı rəhbərliyinə daxil olan Hanan Əşrəvi məsələ ilə əlaqədar bildirib ki, Tramp administrasiyasının "iki dövlət" həll yolundan imtinası sülhün əldə edilməsi üçün bütün şansların itirilməsi deməkdir: "Bu, Amerikanın xarıcdə maraqlarını, duruşunu və etibarlılığını sual altına qoyacaq..."

Artıq qeyd edildiyi kimi, Donald Tramp çıxışı zamanı ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi ehtimalına toxunub. Məsələnin “vahid dövlət” röyası gerçəkləşərsə, Qüdsün paytaxt olacağı planından qaynaqlandığına şübhə yoxdur. Ancaq absurd fikirlər istehsalçıları yəqin unudublar ki, hələ 1980-ci ildə BMT TŞ 478 saylı qətnaməsi ilə, Knessetin Qüdsü İsrail paytaxtı adlandırması qərarını qanunsuz adlandırıb.

İkincisi, proselərin belə cərəyanı İslam aləmi, dövlətləri və cəmiyyətlərinin baş verənlər qarşısında susqunluq göstərməyəcəklərinə şübhə yeri qoymur. Çünki İslam dinində həmin yerlər müqəddəs və mübarək sayılır. Orada müsəlmanların ilk qibləsi olmuş Əqsa məscidi yerləşir. Əl-Əqsa Allah-təala üçün yer üzündə tikilmiş ikinci məsciddir və müqəddəs məscidlər arasında 3-cü yerdədir. Həzrət Məhəmmədin (s) bərəkətli meracına görə, məkan İsra (Merac) ərazisi də deyilir. Fələstin həm də Peyğəmbərlər Tоrpağı adını daşıyır. Çünki bir çоx İlahi Elçilər bu ünvanda dünyaya göz açmış, ömür sürmüş və dəfn оlunmuşlar. İslama görə, bura həm mənşər (Allahın bəndələrini diriltdiyi), həm də məhşər (Qiyamət günündə insanların tоplandığı) yer kimi məşhurdur.

Qüdsün yəhudiləşdirilməsi də siоnizmin ilhaq planlarına daxildir. Belə ki, şəhərin 86%-nə ağalıq edən İsrail buranı yəhudi muhacirlərlə dоldurmağa çalışır. 2000-ci ilin statistik göstəricilərinə görə, yəhudilərin əlində olan hissədə 450 min yəhudi və 210 min fələstinli yaşayırdı. Şəhərin şərq hissəsində – Əqsa məscidinin yerləşdiyi ərazilərdə isə 200 min yəhudi yerləşdirildi və onların yaşadıqları qəsəbələri yəhudi yaşayış məskənləri ilə əhatəyə aldılar. Məqsəd şərqi Qüdsü ərəb yaşayış məskənlərindən təcrid etmək idi. Onun yanındakı Məğaribə qəsəbəsini dağıdaraq, bu yerləri də mənimsədilər. Əqsanın altında mərhələlərlə aparılan qazıntı işləri və çəkilən 4 tunel (keçid) məscidin hər an uçulub-dağılma təhlükəsini törədir. Siоnistlər 25-dən çox terror qruplaşması yaradıblar ki, məqsəd Əqsa məscidini dağıtmaq, yerində Süleyman məbədi tikməkdir. 1967-ci ildən sözügedən istiqamətdə 112 təxribat hadisəsi hazırlanıb, ən dəhşətlisi də 1969-cu ilin 21 avqustunda Əqsa məscidini yandırmalarıdır.

Lakin təəssüf ki, zorən məskunlaşdırma siyasəti təkcə Qüds və ətrafı ilə məhdudlaşmır. 1948-ci ildə işğal etdikləri ərazilərdə yerləşmələri üçün 756 şəhər və kənd inşa olunub. 1967-ci il müharibəsindən sonra qərb ərazilərinin 60%-nin müsadirəsi zəminində bu tоrpaqlarda özləri üçün 192 yaşayış məskəni salıblar. Bundan başqa sionistlər Qəzza zolağının 30%-ni də nəzarətə alaraq, burada 14 yeni yaşayış məskəni tikiblər. Fələstinlilərin həmin yerlərə qayıtmasının yasaqlandığı bir dövrdə İsrail xaricdə yaşayan yəhudilərin emiqrasiyası üçün bütün vasitələrdən bəhrələnir. Qarşı tərəfin statistikası isə tamamilə əksinə və faciəlidir: 1948-ci ildə işğal edilmiş tоrpaqlardan 5 milyon 400 min nəfər qaçqın düşüb. Həmçinin, Qəzza bölgəsindən və Qərb Sahilindən qоvulmuş təxminən 1 milyona yaxın fələstinli öz vətənlərinə qayıtmaqdan məhrumdur. Deməli, fələstinli didərginlərin ümumi sayı 6 milyon 400 nəfərdir ki, bu da xalqın 68%-ni təşkil edir. Göstərici həm də оnu təsdiqləyir ki, dünyada ən çоx qaçqın fələstinlilərin sıralarındadır.

Bununla belə, Fələstin yaşayır və döyüşür. Taleyüklü problemləri tez-tez beynəlxalq təşkilatlarda, prezident iqamətgahlarında masalar üzərinə gəlsə də, o istiqamətdən hər hansı ədalətli qərar və müsbət nəticə gözləmədən çarpışırlar. Çünki gözəl anlayırlar ki, düşmənlərinin dostu onların ən qatı düşmənidir. Yaxşı bilirlər ki, humanizm libasına bürünmüş canavar xislətliləri yaxına, ocaq başına buraxsalar, müşkülatların həllini tapmaq, dərdlərinə çarə qılmaq əvəzinə, problemi monopoliyaya alacaq, konservləşdirəcək, digər hüquqları kimi, onu çözmək haqqını da mənimsəyəcək, gələcəkdə heç bu barədə danışmağa belə, imkan verməyəcəklər... Necə ki, dünya təcrübəsində oxşar presedentlər çoxdan var... Hansı ki, Donald Trampın öz ölkəsinin mövqe və maraqlarını ifadə edən sərsəm sayıqlamaları artıq səslənməkdədir... 

Xəbər verdiyimiz kimi Masallı rayonunun imam cüməsi, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli bu gün səhər saat 10-dan saxlanılıb.

Şeyx Sərdara qarşı cinayət məcəlləsinin 168.2 maddəsi ilə ittiham irəli sürülüb. 

Əldə etdiyimiz məlumata görə, ruhani Şeyx Sərdar Hacıhəsənliyə dövlət tərəfindən vəkil təyin etmək istənilsə də, o, dövlət tərəfindən təyin olunan vəkili qəbul etməyib. Həmçinin bildirilir ki, Şeyx Sərdar heç bir sənədə qol çəkməyib. 

Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. 

Şeyx Sərdar bu gün səhər saat 10-dan polis bölməsində  saxlanılırdı.  Onu Masallı rayon məhkəməsinə aparıblar. 

7 saatdan çoxdur ki, saxlanılan Şeyx Sərdar haqqında yaxınlarına heç bir məlumat verilmir.

Çərşənbə, 22 Fevral 2017 00:00

Azad Rəhimovun idmançı BAZARI

Yazan

Gənclər və İdman Nazirliyinin fəaliyyətindən çoxları narazıdır. Elə nazir Azad Rəhimovun özündən də… Ancaq heç kim bunu dilə gətirib, aşkar şəkildə etiraf etmir. Hətta bir çox idmançılarımız var ki, nazirin uğursuz işinin qurbanı olub. Elə bu səbəbdən də ya xaricə üz tutmalı olub, ya da idmançı karyerasını bitirmək qərarına gəliblər. İdmançılarla danışdığımız və əldə etdiyimiz məlumatlara görə nazir A. Rəhimov bir çoxunun işinə özü əngəl törədib. Səbəbi isə "əcnəbiləşdirmə biznesi"dir…

Gənclər və İdman Naziri Azad Rəhimovun fəaliyyətindən narazı olan idmançıları və idman yazarlarını danışdırdıq.

Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağəli Alışov sırf nazirlə problemi olduğu üçün karyerasını xaricdə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, o, ölkədən sözün əsl mənasında didərgin salınıb. Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etsə də onu ölkəsində bir idmançı kimi tanımaq istəməyiblər. Hətta ona "dəli" damğası belə vurublar. Hər dəfə problem yaradan nazirliklə bağlı mənfi fikirlər səsləndirən boksçu Ağəli Alışov yeniçağ.az-a bunları deyib:

"Artıq bu söhbətlərə son qoymuşam və yenidən Azərbaycana dönmək istəmirəm.

Demək istəyirəm ki, həm idmançı, həm də fəal bir gənc kimi bacardığım qədər vətənim Azərbaycanı hər yerdə layiqincə təmsil etmişəm və əlimdən gələn qədər tanıtmağa çalışmışam. Lakin bəzi insanlar,quyruq bulayanlar (söhbət Azad Rəhimovdan gedir) bu gün olduqları məqamdan istifadə edərək məndən mənfi bir obraz yaradaraq, dövlət orqanlarına yanlış məlumatlar veriblər. Əslində isə bunların hamısı yalandır. Mən daima Vətənimi, millətimi sevmişəm.

Bu səbəbdən də dəfələrlə öz fikirlərimi çatdırmaq üçün lazımi orqanlarla görüşə can atdım. Çox təəssüflər olsun ki, hər dəfə də mənə mane oldular. Bu gün yenə də idmançı karyerama davam edirəm. Yenə deyirəm, bacardığım qədər bundan sonra da ölkəmi layiqincə təmsil etməyə çalışacam. Çünki mən Azərbaycanı sevirəm".

Sambo və cüdo üzrə 11 qat Dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova da Azad Rəhimov kaprizinin qurbanı olan idmançılardandır. Hətta nazir xanım cüdoçunun uğurlarını yaxşı nəticə hesab etmədiyini, sambonun qeyri-olimpiya növündə olduğunu bildirib. Baxmayaraq ki, cüdo Olimpiya idman növüdür.

Nazirin onun təqaüd işinə də əngəl törətdiyini deyən Zülfiyyə Hüseynova saytımıza bunları deyib:

"Uzun müddətdir idmançı kimi təqaüdümü ala bilmirəm. Məsələ necə var, elə də qalıb, həll olunmayıb. Bununla bağlı müraciət etdim, cavabı siz də bilirsiniz. Bundan artıq nə edə bilərəm? O deyir ki, qeyri-olimpiya idman növündəyəm.

Yaxşı əgər mənim təqaüd almağıma nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab Prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun Olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? Bəlkə cüdonun qeyri-olimpiya növü olduğundan heç xəbərim yoxdur? Mən hərbçilərin cüdo üzrə Olimpiya çempionuyam. Azərbaycanda bu nəticəni mən vermişəm. Həmçinin, tələbələrin Dünya çempionuyam. İki Olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətlərdir. Yəqin ki, cənab nazir cüdonu Olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir. SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısıyam.

Düzdür, sambo qeyri-olimpiya idman növüdür. Amma hazırki saydıqlarımın hamısı Olimpiya növü olan cüdodandır. Mənim vaxtilə qalibi olduğum turnirlər indi "Grand Slam" ("Böyük dəbilqə") adlanır. Barmaqla sayılıb qurtarmaz.
Bu barədə demişəm, yenı deyirəm: istənilən telekanalda canlı debat olsun, oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız? Şükürlər olsun ki, mənim öz işimlə bağlı müzakirə aparmağa savadım çatar. İnşallah, inanıram ki, onsuz da gec-tez haqq-ədalət öz yerini tapacaq, bu iş həll olunacaq".

Azərbaycanın tanınmış K1 ustası Zabit Səmədov da mətbuata verdiyi əvvəlki müsahibələrinin birində Gənclər və İdman Naziri Azad Rəhimovun biganəliyindən gileylənmişdi. Nazirliyin bir çox əməkdaşlarının onun uğuruna sevinmədiyini demişdi. Hətta bildirmişdi ki, öz nazirimizdən gözlədiyi diqqəti ona Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov göstərib:

"Mənə Azərbaycanın rəsmi strukturları, eləcə də nazirliyimiz tərəfindən heç bir dəstək olmayıb. Qroznıdakı döyüşümə (2015-ci ildə) Çeçenistan Respublikası tərəfindən Azərbaycanın Gənclər və İdman Naziri, Kikboksinq Federasiyasının prezidenti dəvət olunmuşdu. Amma nə gələn oldu, nə də dəvətə cavab verən… Çeçenistan prezidenti Ramzan Kadırov isə mənə avtomobil və dəyəri 70 min dollar olan saat bağışladı.

Niyə diqqətdən kənar qalmışam, bunun səbəbini bilmirəm. Çünki keçirtdiyim döyüşlərdə Azərbaycanı təmsil edirəm və onlar beynəlxalq xarakterli olur. Bütün dünya harada və nə vaxt döyüşəcəyimlə maraqlanır".

Təbii ki, şikayət edənlər təkcə idmançılar deyil. İdman mətbuatının nümayəndələri də nazirin uğursuz işindən narazıdırlar. Dünyaca məşhur müğənni Leydi Qaqaya 1 milyon dollar verib, Azərbaycana gətirən nazirin uğursuz işləri ilə bağlı idman mediasının da üzvlərinin fikirlərini dinlədik:

Komanda.az-ın redaktoru Natiq Muxtarlı nazirliyin anormal düşüncəyə sahib olduğunu deyir: "Azərbaycanda idman sahəsinə külli-miqdarda vəsait ayrılsa da, "Azərbaycan idman ölkəsidir" deyilsə də, Azərbaycanda idman strategiyası, konsepsiyası yoxdur. Bu strategiyanı isə Gənclər və İdman Nazirliyi müəyyənləşdirməlidir. Ancaq nazir Azad Rəhimov bu strategiyanı müəyyənləşdirmək, Azərbaycanın bütün bölgələrində idmanla məşğul olmaq üçün şərait yaratmaq əvəzinə tamamilə başqa yol tutdu. İdman sahəsinə ayrılan vəsaitlə ölkənin hər qəsəbə və kəndində idman qurğuları yaratmaq olardı, azərbaycanlı uşaqlar idmana meyl edərdilər. Şərt deyil ki, onların hamısı peşəkar idmançı olacaqdılar; şərt o idi ki, uşaqlar sağlam böyüyəcək, pis vərdişlərdən uzaq olacaqdılar.

Amma nazir Azad Rəhimov idmana ayrılan vəsaiti infrastruktur qurulmasına, yerli idmançıların yetişdirilməsinə yox, xaricdən hazır idmançıların gətirilməsinə yönəltdi. Azərbaycanın milli idman növlərində belə əcnəbilər kök saldılar.

Özümüz idmançı yetişdirməklə məşğul olmadıq, başqa ölkələrin yetişdirdiyi idmançılara ağlasığmaz məbləğlər təklif edib, onları Azərbaycan adından yarışmağa sövq etdik. Və nəticədə, "Azərbaycan idman ölkəsidir" dedik. Ancaq əslində, belə deyil. Yeni Günəşli boyda qəsəbədə bircə idman qurğusu yoxdur ki, uşaqlar idmanla məşğul olsunlar. Köhnə bir tikilidə uşaqlara güləşin sirlərini öyrədən məşqçidən "niyə nazirliyə müraciət etmirsiniz ki, sizə heç olmasa inventar məsələsində yardım etsinlər" soruşdum.

Cavabında "etmişik, nazirlikdən deyirlər ki, nəticə verin, baxarıq" dedilər. Bax, Gənclər və İdman Nazirliyi belə bir anormal düşüncəyə, təfəkkürə sahibdir. Əvvəlcə şərait yaradarlar, infrastruktur qurarlar, sonra nəticə tələb edərlər. Bizim Nazirlik xarabalıqda məşq keçən mütəxəssisdən nəticə tələb edir. Azad Rəhimovun idman siyasəti buna hesablanıb: xaricdən hazır idmançıları gətir, beynəlxalq yarışlarda nəticə qazan və “sağ ol” al. Bununla da idmana ayrılan vəsaitin necə xərcləndiyini də sığortalamış olur. Belə idarəetmə Azərbaycan idmanının sabahını puç edir. Bizim idmanın sabahı yoxdur. Bunun başlıca günahkarı isə bu sabahı qurmağa borclu olan nazirdir".

Sport7.az-ın redaktoru Amal Abuşov da Azad Rəhimovun işini uğursuz sayır. O bildirir ki, nazirin əcnəbilərə xərclətdiyi pullara görə bizim idmançılarımız xaricə üz tutacaq:

"Gənclər və İdman Nazirliyinin idman sahəsində gördüyü işə qiymət vermək həm çətindir, həm də asan.
Çətindir… ona görə ki, bir vətəndaş və idman jurnalisti kimi nazirliyin fəaliyyətinə nəzər salanda dərin təəssüf hissi keçirir və utanırsan. Asandır… ona görə ki, hər şey gözümüzün qabağındadır.

Müxtəlif növlər üzrə yığma komandalarımızın heyətlərinə baxmaq kifayətdir.Rio Olimpiadasında ölkəmizə yeganə qızılı “milliləşdirilmiş” idmançı qazandırdısa, nə demək olar? Halbuki, müstəqilliyimizin bərpasının ilk illərində vəziyyət belə deyildi. Yığmalara belə əcnəbilər doldurulur.

Şahmatçılarımız problemlər məngənəsində çapalayır, şikayətlərini eşidən yoxdur. Rayonlarda idman bölmələrinin elementar şəraiti də yoxdur. Olimpiya İdman Komplekslərinin qapısı qıfıllanıb, bu qurğulardan otel kimi yararlanırlar.

Bütün bunları nazir Azad Rəhimov da bilməmiş deyil. Azərbaycanlı ağır atlet Qazaxıstana qızıl medal qazandıranda hansı hisslər keçirtdik? Nə qədər ki, bu cür “əcnəbi sevgisi” davam edəcək, bizim nicatlarımız da başqa bayraq altında çıxış etməyə məcbur olacaqlar. Özümüz isə gəlmələrə möhtac qalacayıq".

"Futbol+" qəzetinin əməkdaşı Sərxan Musalı isə nazirliyi idmana nəzarət edən bir qurum olmadığını bildirir:

"Gənclər və İdman Nazirliyinin fəaliyyətini qənaətbəxş saya bilmirəm. Çünki məntiqlə AGİN idmana cavabdeh qurum olmalıdır. Başqa idman qurumlarının fəaliyyətinə nəzarət etməlidir. Yanlışlıqlara yol verən federasiyalara xəbərdarlıq edilməlidir. Ancaq biz bunu görmürük. Bu da əslində, sistemin düzgün qurulmamasından irəli gəlir.

Çünki federasiyaların əksəriyyətində hansısa nüfuzlu dövlət məmuru prezidentlik edir. Azad Rəhimov isə onların əleyhinə söz deyə və hərəkət edə bilmir. Belə çıxır ki, AGİN-in nüfuzu yetərli səviyyədə deyil. Digər tərəfdən "Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin promouteri olan Bakı Şəhər Halqası şirkətinə məhz Azad Rəhimovun oğlu Arif Rəhimov rəhbərlik edir. Görəsən niyə? Niyə məhz Azad Rəhimovun oğlu bu şirkətə rəhbərlik etməlidir? Məncə, bu sualın cavabını əksəriyyətimiz bilirik…"

Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Sərəncam ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. 

Maraqlıdır, bu təyinat ölkədəki siyasi proseslərə necə təsir edəcək?

Toplum TV suala siyasətçilərdən cavab almağa çalışdı. 

"Sərəncam Azərbaycanın maraqlarına ziddir" 

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyir ki, bu təyinat gözlənilən idi: "Ötən il hakimiyyət heç bir ehtiyac olmadan mənasız referendum təklif edərkən əksər ekspertlər kimi biz də fikrimizi bildirmişdik ki, məqsəd ailə hakimiyyətini formalaşdırmaq və rəsmiləşdirməkdir. Təəssüf ki, bu proqnozlar doğruldu və İlham Əliyev bugünkü qərarı ilə Azərbaycanı 21-ci əsrə yaraşmayan şəkildə yenidən dünyaya təqdim etdi. Bu sərəncamla o, Azərbaycanı sülalə hakimiyyəti ilə idarə olunacaq orta əsrlər dövlətinə çevirmək istiqamətində ciddi bir addm atdı. Bu, çox yanlış bir addımdır və istənilən mənada Azərbaycan maraqlarına ziddir. Hesab edirəm ki, bu yalnış addım öz mənfi təsirini göstərəcək”. 

"Azərbaycan hakimiyyəti verdiyi qərarları icra etməkdə tərəddüd edir"

REAL Hərakatının İdarə Heyətinin üzvü Azər Qasımlı hesab edir ki, Azərbaycan hakimyyətinin qərarları icra etməkdə ciddi tərəddüdləri var: "Bu vəzifəyə kimin təyin olunmasından asılı olmayaraq, İlham Əliyevin kimisə vitse-prezident, yaxud da birinci vitse-prezident təyin edəcəkdisə, bunu niyə daha öncədən, referendumdan həmən sonra etmirdi?! Ümumiyyətlə, belə bir pauzanı götürmək nəyə, kimə lazım idi? Ötən ilin noyabr ayında referendumun nəticələri elan olundu, üzərindən 3 ay keçəndən sonra kimisə birinci vitse-prezident təyin edirlər. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan hakimiyyəti verdiyi qərarları icra etməkdə tərəddüd edir və hakimiyyətin qərarvermə mexanizmində ciddi problemlər var. Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsi bir daha onu göstərir ki, Azərbaycanda sülalə hakimiyyəti formalaşıb və bu proses daha da dərinləşir. Hakimiyyətin çevrəsi daha da daralır. Bir ailədən iki şəxs ölkədə ali vəzifələrdən ikisini tutacaq. Bu, o deməkdir ki, Azərbaycanda respublika adına heç nə qalmadı, əvəzində açıq şəkildə sülalə hakimyyəti quruldu. Bundan sonra proseslər daha rahat inkişaf edəcək, çünki hakimiyyət bütün kartlarını, yəni istək və arzularını ortaya qoymuş oldu. Buraya ağır iqtisadi durumu və sosial problemlərin dərinləşməsini əlavə etsək, deyə bilərəm ki, proseslər çox sürətlə inkişaf edəcək və siyasi həyat daha maraqlı olacaq. Baxmayaraq ki, bugünkü təyinatı həyata keçirən şəxs bunun əksini edib”. 

"Mehriban xanımın təyinatı cəmiyyətin sifarişi idi” 

Yeni Azərbaycan Partiyasının üzvü, deputatı Elman Nəsirov isə cəmiyyətin bu təyinatı gözlədiyini deyib: "Azərbaycanın həm daxilində, həm də hüdudlarından kənarda tanınmış şəxsiyyət olan Mehriban Əliyevanın belə yüksək dövlət vəzifəsinə təyin olunması cəmiyyətdə çox müsbət qarşılanır. Mehriban xanımın bütün fəaliyyəti insanlıq naminə idi. Belə bir insanın yüksək vəzifəyə təyin olunması Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə xidmət göstərəcək. Bütün hallarda onun fəaliyyəti dövlətçiliyə xidmət edib. Hesab edirəm ki, Mehriban xanımın ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyətin sifarişi idi. İctimaiyyət bunu gözləyirdi və bu gün də insanlarımız bu qərara sevinirlər”.

"Ölkənin birinci vitse-prezidenti vəzifəsinə uyğun namizəd təyin olunub"

"Mehriban Əliyevanın birinci vitse-prezident kimi siyasi kursun səmərəli fəaliyyətinə faydası olacağı indidən proqnozlaşdırıla bilər”, -bunu BQP sədri, deputat Fazil Mustafa deyir. Deputat hesab edir ki, ölkənin birinci vitse-prezidenti vəzifəsinə uyğun namizəd təyin olunub: "Mehriban Əliyevanın beynəlxalq arenada aktiv siyasi fəaliyyətdə olduğu hamıya məlumdur və ölkənin real siyasətində birinci vitse-prezident kimi siyasi kursun səmərəli fəaliyyətinə faydalı olacağı indidən proqnozlaşdırıla bilər. Ümid edirəm ki, Mehriban Əliyevanın yeni vəzifəsi ölkənin həm daxili, həm də xarici siyasətində stimul yaradacaq”. 

"Bu təyinat hakim partiyanın daxilində mərkəzdənqaçma etimadsızlığını gücləndirəcək”

AXCP sədri Əli Kərimli təyinatı ailə hakimiyyətinin rəsmiləşdirilməsi kimi qiymətləndirib:

"Bu təyinat Azərbaycanda de-fakto mövcud olan ailə hakimiyyətinin rəsmiləşdirilməsidir, bunun başqa bir izahı yoxdur. Bu, onu göstərir ki, hakimiyyət Azərbaycanda ailə hakimiyyəti qurmaqda tamamilə əmindir, heç kimə etimad göstərmir. Düşünürəm ki, bu təyinat həm də hakim partiyanın daxilində mərkəzdənqaçma etimadsızlığını gücləndirəcək”.  

"Bu, hakimiyyət içində ən uyğun təyinatdır” 

Ümid Partiyasının sədri İqbal Ağazadə təyinatı düzgün addım hesab edib: "Konstitusiyanın 109-cu maddəsilə bu səlahiyyət prezidentdədir. Prezidentin komandasının bütövlükdə fəaliyyətindən həmişə narazılığımızı ifadə etmişik. Amma bu səlahiyyət prezidentdədir və o , hansısa naziri, komitə sədrini yaxud da vitse-prezidenti təyin etdikdə bizim buna qarışmaq, qarşını almaq kimi tədbir imkanlarımız heç vaxt olmayıb. Hakimiyyət içərisindən kimin təyin olunması isə olduqca maraqlı konfiqurasiya yaradır. Hesab edirəm ki, dəyişiklik etmək imkanlarımız olmadığını nəzərə alsaq, bu təyinat digərlərindən daha uğurlu təyinatdır. Ən azından içəridə fərqli münasibətlər sisteminin yaranması, rüşvət və korrupsiya ilə bağlı məsələlərdə şikayətlərin dinlənilməsi, vətəndaşların cari problemlərin həll olunması və başqa məsələlərdə ənənələr bir qədər sərtdir. Bəziləri bunun əleyhinə gedə bilər, lakin ən azından vətəndaşların uzun müddət öz problemlərinin həllinə nail olması kimi məsələlər aktual olacaq. Hesab edirəm ki, ölkənin birinci vitse-prezidentini cəmiyyət təqdim edir və cəmiyyətin, o cümlədən siyasi institutların bu istiqamətdə təsir imkanları yoxdursa, bu təyinat hakim komanda içərisində ən doğru təyinatdır”. 

Çərşənbə axşamı, 21 Fevral 2017 00:00

Rövşən Hacıbəyli prokurorluqda dindirilib

Yazan

Bu gün, fevralın 21-də "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Bu haqda jurnalistin özü məlumat verib.

R.Hacıbəylinin dediyinə görə, ona qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib. Fevralın 18-dən 20-nə kimi "Azadlıq" qəzetinin 6 əməkdaşı - İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova prokurorluqda müstəntiqin suallarını cavablandırmalı olmuşdu.

"Azadlıq" qəzetinin əməkdaşları qəzetin kommersiya direktoru Faiq Əmirlinin həbsindən sonra istintaqa cəlb ediliblər. Onlar bundan əvvəl də F.Əmirlinin cinayət işi ilə bağlı dindiriliblər. (azadlıqradiosu)

Əli Əliyev: "Bu təyinatla prezident Əliyev hakimiyyətdaxili qrupları tərksilah etdi"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev birinci vitse-prezident təyinatı ilə bağlı rəhbərlik etdiyi partiyanın mövqeyini açıqlayıb. Xeber.İnfo Ə.Əliyevin açıqlamasını təqdim edir:

Bu təyinat ölkədə cümhuriyyətçilik prinsiplərinin gömülməsini təcəssüm etdirən siyasi aksiyadır. Dövlət daxilində siyasi rəqabətin, seçki yolu ilə hakimiyyət dəyişikliyinin YAP iqtidarı dövründə mümkünsüzlüyünün rəsmiləşdirilməsidir. Bu günə qədər də bu reallıq bilinirdi, lakin indi daha bariz şəkildə iradə nümayiş etdirildi. Bu bizim rəsmi partiya münasibətimiz və yanaşmamızdır. Məsələnin digər tərəfləri də az maraq doğurmur. Bugünkü təyinat bir sıra maraqlı siyasi proseslərə işıq salmış oldu. Əvvəldə onu bildirim ki, 1-ci vitse-prezidentin səlahiyyət çevrəsi və imtiyazları referenduma çıxarıldıqda, artıq 1-ci xanımın siyasi silueti o postda görünürdü. Rəsmiləşdirməsi qalmışdı, o da baş tutdu. Kimi təyin etməliydi ki, ora Prezident? Nəzərə alsaq ki, Rəsizadə (oxu: ikinci şəxs) bioloji erası tükənir, bu posta daha etibarlı şəxs qalmır. Bu təyinatla prezident Əliyev hakimiyyətdaxili qrupları tərksilah etdi. Artıq saray çevrilişinin daha çətin ola biləcəyi faktı qüvvəyə minmiş oldu. Baş verənlər 13-cü il prezident seçkiləri zamanı maneə törətmiş şəxslər və ya qruplar üzərində əliyevlərin tam və qəti qələbəsi kimi qavranılmalıdır. Yada salım ki, o dövrdə ailədaxili qalaqurmaya Moskva, bəzi müxalifət qüvvələrinin yaratdığı İbrahimbəyov Milli Şurası və hakimiyyətdaxili məlum qrup mane olmuşdu. 4 il itirildi, lakin nəticə dəyişmədi. Təhlükəsizlik şurasının bu gün keçirilən toplantısında bu mini qələbə 1-ci xanımın çöhrəsində aydın sezilirdi. Yəqin məğlub olanların da kefi əks proporsional olar. Fikrimcə, bu təyinat qırılma nöqtəsi olacaq. Uzun müddət davam edən xalçaaltı savaşın çox vacib zühuru baş verdi. Hadisənin siyasi proseslərə təcil verəcəyi qənaətindəyəm. Daxili mübarizənin şiddəti yüksələcək. Böhrandan çıxmaq üçün Prezident seçim etməli idi və etdi. Çox güman ki, bu dəyişikliklər dalğasının başlanğıcı olacaq. Əks halda YAP layneri Titanikin aqibətini yaşamalı idi. Bu da xilas sayıla bilməz. Lakin xilasa təşəbbüs kimi dəyərləndirilməlidir. 2 ildir iqtidarın səndəlləməsi situasiyanı gərginləşdirirdi. Hesab edirəm, bundan sonra komanda dəyişikliyi vüsət ala bilər. Bütün hallarda durğunluq erası, mənə görə, geridə qaldı. Çünki "buz qırıldı". Bundan sonra təbiətdə adətən sel olur. Siyasi həyatda da ayaqlanma olacağını ehtimal edirəm. Çünki şərti məğlublar vəziyyətlə barışmayacaq, siyasi sapma və mərkəzdənqaçma təzahürləri olacaq. Son 15 il üçün yeni situasiyanın şahidi olacağıq. Müxalifətlə oliqarxiyanın yaxınlaşması olacaq. Hakimiyyətin gücünü təşkil edən oliqarxlar öz ətraflarında güc mərkəzi yaratmağa çalışacaqlar. Əlbəttə ki, qeyri-leqal. Neftin yaratdığı və hakimiyyət divarlarında kumulyasiya olunmuş güc hərəkətə gələcək. Bu yaxşı haldır. İqtidar komandası dağılmayana qədər, siyasi irəliləyişə nail olmaq mümkünsüzdür. Zəiflədilmiş müxalifət, yorulmuş, inamsız və gündəlik ehtiyaca məhkum edilmiş cəmiyyət siyasi proseslərin hərəkətverici qüvvəsi ola bilmirdi. Təkan iqtidardan gəlməli idi. Düşünürəm ki, gəldi. Prosesin açıq fazaya keçmə momentini proqnoz etmək çətindir. Bu hər an ola bilər. Prezident bu ilin birinci yarısında yeni Prezident və Parlament seçkiləri təyin etməsə, 18 və sonrakı illər gərgin rəqabətlə müşayiət olunacaq. Nəzərə alsaq ki, təyinat əliyevlər ailəsinin Qərb fəallığı və Münhen tədbirini birgə ziyarətindən sonra baş tutub. Düşünürəm, burada da bir mesaj olmamış deyil. Bu təyinatla Prezident Əliyev Qərbdə başlamış yeni eraya- Tramp dönəminə daxil olur. Mehriban Əliyevanın Qərb çevrələrində nüfuzu yeni dövrün siyasi vektoru kimi, son illərdə Rusiyaya tərəf əyilmiş xarici siyasət fəaliyyətində dəngəni bərpaya yönəlib. Bütün bunları söyləmək nə qədər ağır olsa da, siyasi həyatımızın reallıqlarıdır. Müxalifətin pərakəndəliyi, uyuşmazlığı, proseslərin küncünə məqsədyönlü şəkildə sıxışdırlması, lidersizliyi və amorfluğu hakimiyyətin siyasi proseslərdə dominantlığını təmin edir. Lakin mənə görə, bu mərhələ dominantlığın sonunun başlanğıcıdır. Müxalifət fəallaşmadan enerji ala biləcək. Daha ekstremal şəraitdə baş çıxarmağa vərdiş etmiş qüvvlər yaşamaq və uduş şansı əldə edəcəklər. Təəssüf olsun ki, Azərbaycan xalqı pis variantlar içində yaşamaq zorundadır. YAP-ın qüsurlu idarəçiliyi ölkəni bu günkü ağır böhranla üzbəüz qoyub. Bu təyinata qədər, ölkənin 2-si haqda müxtəlif variantlar müzakirə edilirdi. Siyasətin içində olan birisi kimi, variantların ən yumşağı bunu görürəm. Çünki digər namizədliklər daha təhlükəli potensiala malik idi. İnşallah növbəti seçimləri özümüz, istək və iradəmizə uyğun həyata keçirərik. Bunun üçün isə ruhdan düşməmək və mübarizəni gücləndirmək yeganə şərtdir.

1 -dən səhifə 122