Xeber.info
<language>tr</language>
<description>Xeber.info</description>
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası çərçivəsində TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyev ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Türk dünyasında ümumi və ali təhsil sahələrində birgə proqram və təşəbbüslərin həyata keçirilməsi, eləcə də Nazirlər iclası çərçivəsində qəbul olunmuş əsas qərarlar müzakirə edilib. Tərəflər həmçinin TDT çərçivəsində təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.]]></description>
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür növü) bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.]]></description>
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır. Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır.
"Bu kontekstdə, vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edirik.
Bununla yanaşı, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı bir formada iştirakının Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva etdiyini bir daha diqqətə çatdırırıq.
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları xaricdə olan vətəndaşlarımızın hüquq və maraqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Bununla yanaşı, hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması və yüksək riskli fəaliyyətlərdən uzaq durması xüsusi əhəmiyyət kəsb edir.
Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı inkişafları diqqətlə izləməyə davam edir", - bəyanatda qeyd olunub.]]></description>
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
"Gürcüstan regionda münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi üçün mümkün olan bütün addımları atır".
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Rustavi 2" telekanalında təşkil olunmuş debatda deyib.
Onun sözlərinə görə, bu gün Gürcüstanın bölgə ölkələri ilə həm siyasi, həm də iqtisadi baxımdan həqiqətən də misli görünməmiş sıx əlaqələri var.
"Bu ölkələr Azərbaycan, Ermənistan, Türkiyədir. Biz həmçinin Mərkəzi Asiya ölkələri ilə də münasibətləri dərinləşdiririrk. Çinlə strateji tərəfdaşlığımız var və bu, iqtisadi nöqteyi-nəzərdən də vacibdir", - Kobaxidze əlavə edib.]]></description>
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq.
Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.
Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
ABŞ-nin"AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Bu barədə "The New York Times" (NYT) qəzeti hadisə ilə bağlı bilgisi olan iki şəxsə istinadən məlumat yayıb.
Məlumata görə, heyətin hər iki üzvü xilas edilib.
Hələlik aydın deyil ki, helikopter vurulub, yoxsa qəza texniki nasazlıq nəticəsində baş verib.]]></description>
Hacıqabuldakı yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 15 hektar sahədə kol-kos yanıb.
Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.]]></description>
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
İranda bütün uçuşlar ləğv edilib.
İranın Hava Limanları və Hava Naviqasiyası Şirkəti Mülki Aviasiya Təşkilatı tərəfindən ölkənin qərbində hava məkanının bağlanması ilə bağlı rəsmi uçuş bildirişinin (NOTAM) verildiyini açıqlayıb.
Qurum bildirib ki, bununla əlaqədar ölkə üzrə bütün hava limanlarında həyata keçirilən uçuşlar müvafiq bildirişədək ləğv olunub və həyata keçirilməyəcək.]]></description>
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
İyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.]]></description>
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri gürcüstanlı və türkiyəli həmkarını Azərbaycan və Ermənistan prosesi barədə məlumatlandırıb.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, prosesin tam dayanıqlı və davamlı sülhə çevrilməsi üçün, normal dövlətlərarası münasibətlərin qurulması, sazişə yekun imzanın qoyulması üçün həlli vacib olan məsələlərin tam yerinə yetirilməsi önəm kəsb edir.]]></description>