“Azad sözə və mətbuata qarşı ciddi təhdidlər var”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Cavid Cabbarlı: “Mehriban Əliyeva vitse-prezident təyin olandan sonra azad mətbuata təqib və təzyiqlər çoxalıb”

b2580c8013b9b11cb22b7b3e60685368 GenericBir neçə gündən sonra İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın vitse-prezident postuna təyinatının bir ili tamam olacaq. Bu postun yaradılmasını və Mehriban xanımın təyinatını ölkənin xilası kimi təqdim edənlərin səsi çıxmır. Bir il əvvəl bu təyinatla islahatların aparılacağını, məmur özbaşınalığına son qoyulacağını və digər neqativ halların qarşısının alınacağını iddia edənlər indi kar və lal olublar. Əksinə vəziyyətin daha da ağırlaşdığına şahid oluruq. Mövzu ilə bağlı suallarımızı siyasi fəal, tanınmış jurnalist Cavid Cabbarlı cavablandırıb. C.Cabbarlı vitse-prezident postunun və bu təyinatın yanlış olduğunu düşünür: “Vitse-prezident postu bir çox ölkələrdə var. Amma heç bir ölkədə bu posta təyinat olmur. Azərbaycanda belə bir postun yaradılmasından məqsəd rejimi daha da möhkəmləndirmək idi. Hakimiyyətin ailədən kənar çıxmaması üçün yaradılan postdur. Daha faciəlisi isə prezident öz həyat yoldaşını bu posta təyin etdi. 2004-cü ildən başlayaraq Mehriban Əliyeva xeyriyyəçi kimi, xilaskar olaraq təbliğ olunur. Rəhbərlik etdiyi fond ən çox korrupsiyalaşmış və qara mühasibatlıqla işləyən təşkilatdır. Bu günə qədər Heydər Əliyevin adını daşıyan fondun gəlirləri və xərcləri barədə cəmiyyətə açıqlama verilməyib”.

Müsahibimiz hesab edir ki, hakimiyyət islahat görüntüsü aparsa da heç bir islahatdan söhbət gedə bilməz: “Bu postun yaradılması və məlum təyinat hökumət tərəfindən islahat kimi cmiyyətə təqdim olunurdu. Biz ilk gündən deyirdik ki, hakimiyyət heç bir islahata hazır deyil. Çünki korrupsiya və digər neqativ hallar xərcəng kimi birinci şəxsdən başlayaraq bütün məmurları əhatələyib. İlham Əliyev özü hər şeydən imtina etməyincə, heç bir islahat olmayacaq”.

C.Cabbarlı Mehriban Əliyevanın təyinatından sonra ölkədə vəziyyətin daha da ağırlaşdığını deyir: “Bu təyinatdan sonra hökumət üzvləri və xüsusən güc sturukturları daha amansız formada hücuma keçiblər. Azad sözə və mətbuata qarşı ciddi təhdidlər var. Təyinatdan təqribən bir ay sonra blogger Mehman Qələndarov naməlum şəraitdə həbsxanada öldürüldü. Əfqan Muxtarlı Gürcüstündan oğrulanaraq həbs olundu. Tanınmış jurnalist Mehman Əliyev həbs olundu. Onlarla jurnalist və blogger sutkalıq həbs olundular və müxtəlif formalarda təqib edildilər. Çalışdığım Kanal13 internet televiziyasının Bakı filialının rəhbəri Əziz Orucov həbs olunub. Azı üç müstəqil və azad sayta məhkəmə qərarı ilə giriş yasaqlanıb. Hakimiyyəti tənqid edən qəzet və saytların fəaliyyəti məhdudlaşdırılıb. Həbs olunan jurnalistlər və bloggerlərin heç biri cinayət törətməyib. Mehriban Əliyeva ən kiçik tənqidi belə bağışlamır, dərhal ən ağır formada cəzalandırır. Bu bir il ərzində ölkəni tərk edən jurnalist və bloggerlərin sayı xeyli artıb. Mehriban Əliyeva vitse-prezident təyin olandan sonra islahatları bir kənara qoyaq, azad mətbuata təqib və təzyiqlər çoxalıb”.

Xeber.İnfo

Alış Abdullayev

Oxu 1272 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.