Ayətullah Xamneyi İran hadisələri haqda danışıb

Bu məqaləni qiymətləndir
(1 Səs)

İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamneyi İrandakı hadisələrlə bağlı danışıb. Ayətullah Xamneyi şəhid ailələri ilə həftəlik görüşündə son hadisələrə və düşmənlərin İran islami quruluşuna zərbə vurmaq cəhdlərinə toxunub. Ayətullah Xamenei deyib: "Düşmənə və onun düşmənçiliyinə mane olan amil xalqdakı şücaət, fədakarlıq və iman ruhudur".

İranın dini rəhbəri düşmənin həmişə İran xalqına nüfuz edib ona zərbə endirmək fürsətini gözlədiyini bildirib: "Son günlərin hadisələrində İran düşmənləri pul, silah, siyasət və təhlükəsizlik aparatı kimi ixtiyarlarında olan müxtəlif vasitələrlə islami quruluşa problem yaratmaq üçün müttəfiq oldular".

Ayətullah Seyid Əli Xamneyi bildirib ki, baş verən hadisələrlə əlaqədar öz fikirləri var və vaxtı gəldikdə bu fikirləri xalq ilə bölüşəcək.

Ayətullah Xamneyi daha sonra deyib: "İran xalqı evindən və ailəsindən ürəyini üzərək qərb, şərq və regionun irticaçıları tərəfindən himayə olunan xəbis düşmən qarşısında sinəsini sipər etmiş şəhidlərə sonsuza qədər borcludur."

İslam inqilabının rəhbəri Asiyanın qərbi və Afrikanın şimalında bəzi ölkələrin acınacaqlı durumunu xatırladıb: "Qəbul etdirilmiş müharibədə düşmənin ayağı İrana açılsaydı heç nəyə rəhm etməyəcəkdi və İran bugünkü Liviya və Suriyadan daha pis duruma düçar olacaqdı".

Oxu 697 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.