Tuesday, November 21, 2017

ABŞ-dan Türkiyədəki referendum haqda qəribə BƏYANAT

Bu məqaləni qiymətləndir
(1 Səs)

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Türkiyədə keçirilən referendumla bağlı bəyanat verib.

Dövlət Departamenti bildirib ki, ABŞ Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticəsi haqda ATƏT-in bəyanatı olmadan hər hansı bir şərh verməyəcək.

"Türkiyədəki referendumun nəticələrini əlbəttə ki, izləyirik. Nəticələrin təsdiqlənmədən və ATƏT-in müvafiq hesabatları olmadan isə şərh verməyəcəyik”-deyə Dövlət Departameni bəyan edib.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb.

Seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.

Oxu 685 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.