İllərdi torpaqlarımızda əsgərlərimizin “susdurulduğuna” şahid oluruq...

Bu məqaləni qiymətləndir
(0 səs)

Şəhidlərimizin intiqamını almaq iddiasında olan dövlətimiz, əsgərlərimizin ölüm işini açan savcı və məhkəmələrimiz yox

Hərbiyə ayrılan vəsaitin yüksək olmasını dəfələrlə hökumətin birinci şəxsinin dilindən eşitmişik. Hökumət hərbiyə ayırdığı vəsaiti ölkədəki inkişafla əlaqələndirir. Lakin atəşkəs dövrü olmasına baxmayaraq, hərbi itkilərimiz kifayət qədərdir. Hərbiyə ayrılan vəsait itkilərin qarşısını almır. Hər gün daha bir hadisə eşidirik. Ölkənin hər köyünü şəhid qəbri bəzəyir. “Vətən sağ olsun” deyən valideynlərin sayı çoxaldıqca, şəhid məzarları da artır.

Təəssüflə qeyd etməliyəm ki, əksər halda əsgərlərimizin düşmən gülləsinə deyil, öz silahdaşlarının xəyanətinə və “kəndir”in qəzəbinə tuş gəlirlər. Eyni səngərdə çiyin-çiyinə vətəni qoruyan əsgərlərin bir-birinə silah tuşlaması heç anlaşılan deyil. Yaxud əsgərin hansı səbəb(lər)dən darağacına çıxması başa düşülmür.

Hərbimiz “ölüm maşını”na çevrilib də deyə bilərik. Daha dəhşətlisi odur ki, şəhidlərimizin və əsgərlərimizin qanı yerdə qalır, boş axıdılır. Şəhidlərimizin intiqamını almaq iddiasında olan dövlətimiz, əsgərlərimizin ölüm işini açan savcı və məhkəmələrimiz yox.

Nəticədə Vətənizimə qarşı vətəndaşlarımızda xəyalqırıqlığı və ümidsizlik yaranır. O zaman orduya nə qədər para ayrılmasının önəmi qalmır.

Müəmmalı əsgər ölümlərinin artması və cinayətkarların cəzasız qalması dövlətin təməl prinsiplərini pozan amildir. Bu mövzuda cəmiyyətin susqunluğu problemi daha da dərinləşdirir. Mətbuat və xüsusən telekanallarımız hər gün “düşmən cavab atəşi ilə susduruldu” deyə, xəbərlər tirajlayırlar. Lakin, illərdi öz torpaqlarımızda əsgərlərimizin “susdurulduğuna” şahid oluruq...

Rəşad Hüseynov

Oxu 1767 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.