Berlində Xocalı həqiqətləri - Aksiya keçiriləcək

Bu məqaləni qiymətləndir
(1 Səs)

Almaniyada yaşayan həmvətənlərimiz Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı aksiya keçirməyə hazırlaşır. Aksiya təşkilatçılarından biri Anar Orucov bu barədə facebook səhifəsində məlumat verib. Onun sözlərinə görə, aksiyası paytaxt Berlindəki Ermənistan səfirliyinin qarşısında baş tutacaq: ” Bildiyiniz kimi 26 fevral erməni silahlı dəstələrinin, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda mülki əhaliyə qarşı soyqırəm həyata keçirməsinin növbəti anım günüdür. Azərbaycanın müasir tarixinin bu dəhşətli faciəsi zamanı 3 min sakindən şəhəri tərk etmək imkanı və doğma yurdu qoyub getmək istəyi olmayanların hamısı amansızcasına qətlə yetirilib. Belə ki, şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca olmaqla xüsusi qəddarlıqla soyqırıma məruz qalıb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülərək onlara alçaldıcı işgəncələr verilib, 197 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb”.

A.Orucovun sözlərinə görə, Avropada Qarabağdan qaçqın düşən xeyli həmvətənimiz yaşayır:  “Keçirəcəyimiz etiraz asksiyasında Avropada təşkilatlanmış və təşkilatlanmaqda olan siyasi təşkilatlar, siyasi partiyaların təmsilçiləri və üzvləri, jurnalistlər, QHT nümayəndələri, tələbələr, həkimlər, iş adamları və Qarabağdan qaçqın düşən həmvətənlərimiz iştirak edəcək”.

Qeyd edək ki, etiraz aksiyası 26 fevral saat 15. 00-da Ermənistan Respublikasının Berlindəki səfirliyinin qarşısında baş tutacaq.

Oxu 263 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.