"Səkkiz oğul istərəm" adlı bədii-sənədli gecə keçirilib Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin təşəbbüsü və təşkilatçılğı ilə 1997-ci ilin 7 aprelində Ağdam istiqamətində işğalçı qüvvələrin arxasına kəşfiyyata göndərilən 8 igidimizin xatirəsinə həsr olunmuş "Səkkiz oğul istərəm"  adlı bədii-sənədli tədbir keçirilib.   

Tədbirdə QAT sədri Akif Nağı, həmin kəşfiyyat batalyonun  komandiri olmuş polkovnik Xətai Baxışov, Azərbaycan bayrağı ordenli  polkovnik  Hikmət  Ağayev, Şəhid Həsənov Aqşinin anası Xanım müəllimə, Naxçıvanski adına hərbi məktəbin kursantları (onların iştirakıyla iki səhnəcik göstərildi), Uşu Sando Federasiyasının prezidenti  Hüseynov Babək  və vitse-prezidenti Fərəcov Mais, peşəkar idmançılar və dəfələrlə avropa, dünya çempionu olmuş bu idmançımız (Mais) Aqil Əhmədova   mükafat verdilər.  

Tədbirdə həmin kəşfiyyat qrupunun sağ qalmış yeganə üzvü olan Aqil Mahmudov da çıxış etdi. Sonda MMT İB - nin hazırladığı hədiyyəni 1-ci qrup əlil olan Qarabağ qazisi fəxri qonaq və bu tədbirin təşəbbüskarlarından olan Hüseyn Həsənov  təqdim etdi. Eyni zamanda həmin əməliyyatda şəhid olmuş Yarəhmədov Vüqar Rzaxan oğlunun Vüqar adlı oğluna idmançıların hədiyyəsi təqdim olundu. Qeyd edək ki, şəhid kəşfiyyatçının oğlunun da adı Vüqardır və atasının adını daşıyan Vüqar da atasının xatirəsinin əziz tutulduğuna görə təşəbbüskarlara minnətdarlığını bildirib. 

Sonda qonaqlar şəhid ailələri və kursantlarla  xatirə şəkilləri çəkdirdilər. Tədbir üçrəngli bayrağımızın zala gəlişiylə və andiçmə mərasimiylə yekunlaşdı.

Xatırladaq ki, 1997-ci il aprelin 7-də kəsfiyyat qrupumuz xüsusu tapşırıqla Qarabağa erməni mövqelərinə göndərilir. Leytenant Agayev Elxan Ataxan oglu, leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu, çavuş Rzayev Anar Üzeyir oğlu, çavuş Həsənov Aqşin Əli oğlu, Mustafayev Dinar Ibrahim oğlu, çavuş Ələkbərov Nizami Səfi oğlu, çavuş Cavadov Fariz Şamil oğlu, çavuş Əhmədov Aqil Mürsəl oğlu komandanlıq tərəfində qarşılarına qoyulmuş tapşırığı yerinə yetirirlər.   

Ancaq döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən ermənilər kəşfiyyat qrupunu mühasirəyə alır və 3 gün ərzində qeyri-bərabər döyüşdə kəşfiyyatçılarımnız onlarla erməni əsgərini məhv edirlər, bütün silah-sursatlarını tükədən igidlərimiz ələ keçməmək üçün özlərini partladırlar və qəhrəmancasına şəhid olurlar. Həmin 8 kəşfiyyatçıdan yalnız çavuş Aqil Əhmədov sağ qalır. O həmin 7 kəşfiyyatçıdan öncəı yaralandığından dəstədən ayrı düşür və sürünərək döyüş bölgəsindən xeyli aralansa da yaralı olduğundan çox uzağa gedə bilmədiyindən ermənilər onu əsir götürürlər. Bir il 11 aylıq əsirlikdən sonra məhz Heydər Əliyevin qətiyyəti sayəsində Aqil Əhmədov əsirlikdən azad olunur. Amma iki illik əsirlik həyatında verilən işgəncələr kəşfiyyatçımızın sağlmalığına sağalamaz yaralar vurur və əlil kimi ordudan tərxis olunur. 

İndi Aqil Əhmədov 41 yaşında olsa da ailə həyatı qura bilməyib və yaş ötdükcə xəstəlikləri onu daha da üstələyir, imkansızlıqdan isə müalicəsini lazımi şəkildə apara bilmir. Aqil ağır xəstəliyə mübtəla olsa da yenə ürəyi Qarabağ eşqi ilə döyünür və kəşfiyyata yollananda olduğu kimi bu gün də ermənilərə qarşı səngərlərə atılmağa hazır olduğunu bildirir. 

Xeber.İnfo tədbirin fotogörüntüsünü təqdim edir:

jale4jale

jale Ceferova jale ceferova1 

jale ceferova2jale ceferova3

Oxu 722 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.