“Azərbaycan hökumətilə əlaqələri dayandırın” – Almaniyada mitinq keçiriləcək

Bu məqaləni qiymətləndir
(2 səs)

Almaniyanın Bonn şəhərində mitinq keçiriləcək. Bu barədə Xeber.İnfo-a mitinqin təşkilatçısı siyasi mühacir Elşən Abdullayev məlumat verib. E.Abdullayevin sözlərinə görə, mitinq Beynəlxalq Millətlər Təşkilatının (BMT) Almaniyanın Bonn şəhərindəki binasının qarşısında baş tutacaq: “Mitinqdən məqsədimiz beynəlxalq təşkilatlara çağırış etməkdir. “Beynəlxalq təşkilatlar Azərbaycan hökumətilə əməkdaşlığı dayandırmalıdır” – bu şüarla Azərbaycan hakimiyyətinin mahiyyətini dünyaya çatdıracağıq. Mitinq 15 may 2018-ci il tarixdə saat 14:00-da başlayacaq”.

E.Abdullayev əlavə edib: “BMT-nin binası qarşısında mitinq təşkil etməyimiz təsadüf deyil. BMT insan hüquq və azadlıqlarını təmin etməlidir. Lakin əksər halda insan hüquqlarının pozulmasına, azadlıqların məhdudlaşdırılmasına göz yumur. Bir ay əvvəl Azərbaycanda keçirilən president seçkisi ATƏT səviyyəsində tənqid olundu. Lakin heç bir nüfuzlu beynəlxalq təşkilat reaksiya vermədi. Əksinə əməkdaşlıqlar davam edir. Biz də BMT-dən tələb edirik ki, Azərbaycanda insan hüquq və azadlıqlarını məhdudlaşdıran rejimlə əlaqələrini kəssin”.

Xeber.İnfo

32222414 1689338957798220 1535537119982780416 n

Oxu 777 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.