Zahid Oruc bu dəfə rolunu çox pis oynayır

Bu məqaləni qiymətləndir
(2 səs)

Növbədənkənar prezident seçkilərinə saylı günlər qalıb. Amma cəmiyyətdə heç bir aktivlik müşahidə olunmur. Məncə bunun bir tutarlı səbəbi var – bütün halda İlham Əliyevin növbəti 7 il üçün prezident elan olunması. Heç kim bunun əksini düşünmək belə istəmir. Ona görə də cəmiyyətdə seçkiylə bağlı hər hansı aktivlik müşahidə olunmur. Hətta namizədlər İlahm Əliyevin qalib gələcəyini deyir və seçiciləri ona səs verməyə çağırır.

Bugünlərdə namizədlik vəsiqəsini alan Zahid Oruc həm Seçki Məcəlləsinə, həm də seçicilərə qarşı hörmətsizlik edib;

1. Zahid bəy Oruc videomüsahibəsində deyir ki, bu seçkilərdə Zahid Oruc deyil, minlərlə namizəd olsa da, İlham Əliyev qalib gələcək.

2. Bütün seçiciləri İlham Əliyevə səs verməyə çağırıb.

Bu sıralamanı davam etmək olar, lakin kiayətdir...

Zahid Oruc dörd dəfə Milli Məclisə deputat təyin olunub. 2013-cü ildə ilə prezidentliyə namizəd olub və Mərkəzi Seçki Komissiyası onun adının qabağında 1.46 faiz səs qazandığını yazıb.

Neçə dəfə namizəd olur, nə qədər səs qazanır, ya bağışlayırlar öz işidi, Zahid müəllimin əsas qüsuru seçiciləri və Məcəlləni heçə saymasıdır. Dünyanın heç bir yerində, heç bir seçki marafonunda görünməyib ki, bir namizəd digər namizədin təbliğatını aparsın. Bu təbliğat namizədliyi geri çəkmədən aparılır. Problem, qanunpozuntusu burdadır. İndi durub desəm, bu cür köləlik də heç yerdə görünməyib, deyəcəklər ki, adam siyasi mübarizəsində manevr edir və sair.

O zaman mən də məcburam belə cavab verim;

Birincisi, seçkidə təbliğat və təşviqat mərhələsi başlamadan hər hansı bir namizəd haqqında çağırış etmək Seçki Məcəlləsini pozur. Məcəllənin 75.2-ci maddəsində yazılır ki, Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Daha biabırçı hal odur ki, təbliğ edən və təbliğ olunan ikisi də namizəddir.

İkincisi, özünə və Seçki Məcəlləsinə hörmət etmirsən, etmə. Heç olamsa namizəd olmaq üçün sənə imza verən (əgər həqiqətən imza toplamısansa) vətəndaşlara hörmət elə. Zahid bəy, siz hansı adla namizəd olursuz və hansı adla hamını digər namizədə - İlham Əliyevə səs verməyə çağırırsınız?

Tamam, hər şey aydındı, hətta seçki şousunun necə bitəcəyini hamı bilir. Heç olmasa sizə verilən rolu düzgün oynayın. Ölkəni şouxanaya çevirdiniz, barı şounu gözdən salmayın!

Haşiə: Azərbaycan hakimiyyəti hətta seçkidə namizədlərin sayında da Rusiyanı təqlid edir. Rusiyada keçirilən seçkilərə 7 namizəd qatılıb. Bu rəqəm bizdədə eynidir. Yəni artıq 7 namizəd qeydiyyatdan keçib. Hesab edirəm ki, digər 3 nəfərin namizədliyi qeydə alınmayacaq. Yaxud qeydə alınan namizədlərin bəziləri geri çəkiləcəklər ki, say 7-ni aşmasın.

cavid cabbarli

 

 

 

 

 

Cavid Cabbarlı

Oxu 645 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.