Sunday, April 22, 2018

İlham Əliyev seçki kampaniyasına belə başladı: “AXC-Müsavat cütlüyü…”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bu gün YAP-ın qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini rəsmən irəli sürülüb. Bundan sonra etdiyi ilk çıxışında İlham Əliyev siyasi opponentlərini sərt tənqid edib.

“AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı”

Bunu bu gün ölkə başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

“O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. O vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi”, – İ.Əliyev deyib.

Oxu 395 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.