“İlham Əliyev ətrafındakılardan təhlükə hiss edir”

Bu məqaləni qiymətləndir
(0 səs)

“İlham Əliyev hakimiyyətə gələndən bəri konstitusiyanı məhv edən, yaramaz referendumlar keçirib. O prezident seçkilərini aprel ayına çəkməklə elan edir ki, mən alternativsiz seçkilərə getmək istəyirəm. Sözsüz ki, əvvəlki seçkilərdə də ona qarşı alternativin ancaq görütüsü olub. İndi isə o ümumiyyətlə bu görüntünün də üstündən xətt çəkir.”

GAP lideri Rəsul Quliyev Amerikanın Səsinə müsahibəsində belə deyib.

Rəsul Quliyev hesab edir ki, prezident seçkilərinə qısa müddət qalmış belə bir qərarın verilməsinə səbəb ancaq hakimiyyət daxilində gedən proseslər ola bilər.

“İlham Əliyev hansı səbəbdən belə bir qərar verib. təəssüf ki, mən bunu izah edə bilmirəm. Çünki, İlham Əliyevin oktyabr ayında seçkiləri saxtalaşdırmamasına və beləliklə seçilməməsinə heç bir şübhə yox idi. Hər halda bunu səbəbi onların daxilində gedən bir prosesdir. Yəni, İlham Əliyev hazırkı vəziyyətdən özünə qarşı xalqdan yox, ətrafındakılardan nəsə təhlükə hiss edir. Bunu başqa cür izah etmək mümkün deyil”, eks-spiker deyib.

Bir müddət əvvəl 2018-ci il prezident seçkilərində iştirak etməyi planlaşdıran Rəsul Quliyev düşünür ki, bu sərəncamdan sonra seçkilərdə iştirak etmək “böyük bir nadanlıq” olar.

Oxu 581 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.