“İcra başçısının addımı İlham Əliyevə qarşı sayğısızlıqdır” Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Cavid Cabbarlı: “Bayram Səfərov verdiyi cavabla hesab edir ki, prezidentin yalandan ibarət hesabatlarını, gülməli açıqlamalarını və reallığı əks etdirməyən proqnozlarını dinləməkdənsə, mürgüləmək yaxşıdır”

Sosial şəbəkələrdə müzakirəyə səbəb olan mövzulardan biri də prezident İlham Əliyevin keçirdiyi son müşavirədə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun mürgüləməsi oldu. Bundan da betəri odur ki, B.Səfərov etdiyi əmələ haqq qazandırıb. “Lap tutalım ki, prezidentin müşavirəsində yatmışam, burada nə var ki?!” – deyib.

5a71732b18be7 27497996 2011025608926771 1419169308 nXeber.İnfo mövzu ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Cavid Cabbarlı ilə əlaqə saxlayıb. C.Cabbarlı icra başçısının cavabını belə şərh edib: “Bayram Səfərov verdiyi cavabla ölkədəki mənzərni çözüb. Bütün halda müşavirədə prezidentin çıxışı zamanı mürgüləmək normal deyil. Prezidentin idarə etdiyi müşavirə hind filmi yaxud KVN-nin konserti deyil. Ölkə başçısı belə müşavirələrdə dövlət siyasi xəttindən danışır, dövlət siyasətini icra edənlərə tapşırıqlar verir. Bu davranışı hər şeydən əvvəl “dövlət tərbiyyəsizliyi” kimi qiymətləndirirəm. Səfərovun cavabı isə ölkədəki vəziyyəti açıq göstərir. Adam çox əhəmiyyətli bir tədbirdə mürgüləyir, üstəgəl özünə haqq qazandırır. Demək istəyir ki, prezidentin danışdığı boş-boş sözlərdir, onun yalandan ibarət hesabatlarını, gülməli açıqlamalarını və reallığı əks etdirməyən proqnozlarını dinləməkdənsə, mürgüləmək yaxşıdır. B.Səfərov bu cavabı ilə cəmiyyət mesaj verir ki, ölkə qeyri-rəsmi tapşırıqlar və hakimiyyətin maraqlarını təmin edən göstərişlərlə idarə olunur”.

C.Cabbarlı düşünür ki, icra başçısı belə cavabından sonra ən azı yüngül formada cəzalandırılmalıdır: “Vətəndaşın dövlətə inamını qorumaq üçün müvafiq qurumlar tərəfindən icra başçısı ən azı xəbərdarlıq almalıdır. Dövlət anlayışı bunu tələb edir. İkinci tərəfdən, hakimiyyət özünə qarşı cəmiyyətdə daha betər nifrətin yaranmaması üçün bu addımı atmalıdır. Lakin heç nə baş verməyəcək. Çünki, idarəçilikdə bu, ilk nümunə deyil. Ayrı-ayrı məmurlar tərəfindən dövlətə qarşı ciddi sayğısızlıq müşahidə olunub. Heç biri ilə bağlı tədbir görülməyib. Hesab edirəm ki, B.Səfərovun bu sayğısızlığı ilk olaraq İlham Əliyevə qarşıdır. B.Səfərov bu davranışı ilə deyir ki, İlham Əliyevin dediyi məbləği vaxtında çatdırıram, özümü harda necə aparmağıma, yatmağıma ya mürgüləməyimə heç kim qoşula bilməz, heç İlham Əliyev də”.

Oxu 481 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.