Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Bu məqaləni qiymətləndir
(0 səs)

Seçkiöncəsi baş verənlər deməyə əsas verir ki, Türkiyə xalqı çox ciddi sınaq qarşısındadır.

Bu gün Türkiyədə keçiriləcək prezident seçkilərində hazırkı prezideni Rəcəb Tayyib Ərdoğanın ən ciddi rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncədir. Müşahidəçilər İyi Partiyanın sədri Meral Akşeneri də kifayət qədər ciddi rəqib sayırlar.

Seçkilərdə eyni zamanda hazırda həbsdə olan kürd millətçisi, kürd terror təşkilatı olan PKK-nın sıralarında vaxtilə Türkiyə ordusuna qarşı döyüşmüş Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş da mübarizə aparır.

Adları çox az hallanan və zəif namizədlər sırasında olan Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək də prezidentliyə namizədlər sırasındadır. 

Bu gün Türkiyədə parlament seçkiləri də keçirilir. Türkiyə Böyük Millət Məclisindəki 600 mandat uğrunda AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, Vətən Partiyası mübarizə aparırlar.

Türkiyədəki seçkilərdə 59 milyon 391 min 328 vətəndaş səsvermədə iştirak edəcək.

Səsvermə prosesini 34 ölkədən 650 KİV təmsilçisi, eyni zamanda 500-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək.

Artıq səcvermə başlayıb. Ankara vaxtı ilə saat 8.00-da start götürən səsvermə saat 17.00-da başa çatacaq. 1 milyon 650 min gənc də ilk dəfə seçkidə iştirak edəcək.

Qeyd edək ki, R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

Oxu 268 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.