Serj Sarkisyan istefa verdi Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefaya gedib.

Bu barədə Azadlıq Radiosunun Ermənistan bürosu məlumat yayıb.

Ermənistanda ordu da müxalifətin tərəfinə keçib.

''Paşinyan haqlı idi, mən yox''

S.Sarkisyan özünün haqsız olmasını etiraf edib:

"Əziz həmvətənlər,

Mən Ermənistanın bütün vətəndaşlarına müraciət edirəm:

Yaşlılar və əziz gənclər, 

Xanımlar və cənablar.

Mən gecə-gündüz küçələrdə olub "rədd ol Serj” çağırışı edənlərə müraciət edirəm. 

Öz ofislərinə çətinliklə gedib çatan və öz vəzifəsini şikayətsiz yerinə yetirənlərə müraciət edirəm.

Günlərdir canlı yayımları izləyən və gecə-gündüz ictimai asayişi qoruyanlara müraciət edirəm.

Bizim cəsur əsgərlərimizə və sərhəddə dayanan zabitlərə müraciət edirəm.

Mən partiya yoldaşlarıma, bütün siyasətçilərə, sizə ölkənin lideri kimi sonuncu dəfə müraciət edirəm.

Nikol Paşinyan haqlı idi. Mən səhv idim. Situasiyanın bir neçə həlli yolu var, amma mən onlardan heç birinə getməyəcəm. Mən Baş nazir postunu tərk edirəm.

Küçə hərəkatı mənim vəzifədə olmağımın əleyhinədir. Mən tələblərinizə uyuram.

Ölkəmiz üçün sülh və harmoniya.

Təşəkkür edirəm".

Ermənistan paytaxtında aprelin 16-dan baş nazir Serj Sarkisyanın istefa tələbi ilə aksiyalar başlayıb.

1954-cü ildə Azərbaycanın Xankəndi rayonunda doğulan Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub.

Serj Sarkisyan 1989-cu ildən 1993-cü illərdə separatçı "Dağlıq Qarabağ Respublikası”nın özünümüdafiə qüvvələrinə rəhbərlik edib.

1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995-1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000-2007-ci illər arasında yenidən müdafiə naziri işləyib.

Oxu 10988 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.