ABŞ Suriyaya yeni zərbə endirməyə hazır olduğunu bəyan edib

Bu məqaləni qiymətləndir
(0 səs)

ABŞ Silahlı Qüvvələri Suriyaya yeni zərbələr endirməyə hazırdır. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.  

“Biz əminik ki, Suriyanın kimyəvi silah istehsalı proqramına ciddi ziyan vurulub. Suriya rejimi səbrimizi sınamağa davam edərsə, biz təzyiqi davam etdirəcəyik”, - deyə Heyli qeyd edib.  

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, ABŞ ordusu Suriyada təkrarlana biləcək kimyəvi silahdan istifadə hallarına dərhal cavab verməyə hazırdır.

Oxu 217 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.