ABŞ 60 rus diplomatını qovdu

Bu məqaləni qiymətləndir
(1 Səs)

Rusiyaya qarşı bir neçə ölkə birgə addım atıb.

Xeber.info xəbər verir ki, Böyük Britaniyadan sonra Fransa və Almaniya da rus diplomatlarını ölkədən çıxarır.

Bildirilir ki, hər iki ölkə 4 diplomatı geri göndərir. Onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilib.

ABŞ da Sietl şəhərindəki rus konsulluğunu bağlamaq barədə qərar verərək 60 diplomatı ölkədən qovub.

Son məlumatlara görə, rus diplomatlarını qovan ölkələrin siyahısında Litva, Polşa və Ukrayna da yer alıb. Litva 3, Ukryana 13, Polşa isə 4 rus diplomatı ölkəsindən çıxarır.

İtaliya, Kanada, Estoniya və Latviya da rus diplomatlarına qarşı eyni addımı atıb.

Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk bildirib ki, 14 Aİ ölkəsi rusiyalı diplomatları göndərmək qərarına gəlib. O, bu barədə öz rəsmi tvitter hesabında yazıb: “Biz diplomatların qovulması ilə yanaşı, başqa tədbirlərin də görüləcəyini istisna etmirik”.

Oxu 199 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.