Türkiyədə Furqan Vəqfinə qarşı əməliyyat keçirilib - Alparslan Kuytul saxlanılıb

Bu məqaləni qiymətləndir
(0 səs)

Türkiyə polisinin terrorla mübarizə şöbəsi ölkədə fəaliyyət göstərən "Furqan Təhsil və Xidmət Vəqfi"nə qarşı "Dövlət nizamını pozmağa qarşı fəaliyyət göstərmə və cinayət təşkilatı" iddiası ilə basqın edib.

Polis briqadaları səhər saat 05:30-da fondun Adanadakı əsas mərkəzinə və üzvlərinin evlərinə basqın edib. Əməliyyatda Türkiyənin Asayiş, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM), Çevik Qüvvə və Xüsusi Hərəkat şöbələrinin polisləri də iştirak edib. Basqın zamanı vəqfin qapıları sındırılıb. 

Adanadakı əsas mərkəzlə yanaşı vəqfin Niğde və Elazığdakı şöbələrinə də əməliyyatlar keçirdiyi bildirilir.

Furqan Vəqfinin rəhbəri Alparslan Kuytul da daxil olmaqla 20 tələbə saxlanılıb. Fondun əsas mərkəzinin girişi qapadılıb, saatlardır axtarış aparılır.

Alparslan Kuytulun həyat yoldaşı Semra Kuytul əməliyyatın TEM briqadaları tərəfindən keçirilməsini pisləyib və bildirib ki, "Bizim hiçbir terör təşkilatı ile əlaqəmizin lmadığını ən yaxşı polislər bilir".

Oxu 423 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.