Saakaşvili Kiyevdə həbs olundu

Bu məqaləni qiymətləndir
(1 Səs)

Dekabrın 8-dən 9-a keçən gecə, təxminən saat 12 radələridə Ukrayna xüsusi xidmət orqanları Gürcüstanın sabiq prezidenti, Odessanın(Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini həbs edib.

Bu barədə Saakaşvilinin tərəfdarı, Azərbaycanın Ukraynadakı diaspor liderlərindən olan Hikmət Cavadov facebook səhifəsində məlumat yayıb. O, bildirib ki, hazırda Saakaşvilinin tərəfdarları onun saxlanıldığı idarəyə doğru yürüş edirlər.

Qeyd edək ki, Saakaşvilinin liderliyi ilə 3 gün öncə Ukrayna prezidenti Poroşenkonun impiçment edilməsi ilə bağlı Kiyevdə davamlı aksiyalar başlayıb.

Oxu 173 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.