Tuesday, November 21, 2017

Bərzaninin gizli sərvəti - Şok rəqəm

Bu məqaləni qiymətləndir
(0 səs)

2012-2017 tarixlərində İraqın şimalında 45-dən artıq neft yatağını işğal edən Bərzani Habur sərhəd buraxılış məntəqəsi, "Korek Telekom”, təbii qaz satışından əldə olunan gəlirləri və mərkəzi hökumətdən aldığı payları şəxsi sərvətə çevirib.

Bu barədə "Yeni Şəfəq”ə Bərzani ailəsinə yaxın kürd əsilli iraqlı keçmiş məmur danışıb.

Məlumata görə, Bərzani formal olaraq fəaliyyət göstərən Maliyyə Nazirliyinə baxmayaraq, muxtariyyətin bütün gəlirlərini şəxsi hesabında saxlayıb. 1992-ci ildən bu yana Bərzani ailəsinin sərvəti artmaqda olduğu halda, Ərbil əhalisinin həyat standartında heç bir dəyişiklik olmayıb. Bərzaninin Türkiyə, Misir, BƏƏ, Kipr və İngiltərədə bir çox gəlirli sahəyə pul qoyduğu bildirilib. Hazırda muxtariyyət rəhbərinin bank hesablarında 55 milyard dollardan çox vəsaitin toplandığı iddia olunub. Bərzani ailəsinə məxsus şirkətlərin dənizçilik, nəqliyyat, qida, mədən sənayesi, inşaat və neft olmaqla, bir çox sahədə fəaliyyət göstərdiyi qeyd olunub.(axar.az)

Oxu 191 dəfə
Bu kateqoriyalar haqqda daha çox « Saakaşvili qayıtdı

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.