Hamburqda G20 sammiti keçirilir

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bu gün Almaniyanın Hamburq şəhərində G20 sammiti başlayıb.

Almaniya baş naziri Angela Merkelin ev sahibliyi etdiyi sammitdə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vlamidir Putin, Çin Xalq Respublikasının lideri Si Cinpin, Böyük Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kanada baş naziri Castin Trüdo, Hindistan baş naziri Narendra Modi, İndoneziya baş naziri Joko Vidodo, Avstraliya baş naziri Malkolm Ternbull, Cənubi Koreya prezidenti Mun Çje İn, o cümlədən Yaponiya, Argentina, Braziliya, İtaliya, Meksika, Səudiyyə Ərəbistanı və  Cənubi Afrikanın dövlət və hökumət rəsmiləri, Avropa İttifaqının rəhbərlər şəxsləri iştirak edir.

Rəsmi sessiyadan əvvəl dövlət və hökumət başçıları qeyri-rəsmi müzakirələr aparıblar.  Türkiyə prezidenti R. T. Ərdoğan ABŞ prezidenti D. Tramp və Kanada baş naziri C. Trüdo ilə qısa söhbət edib. D. Tramp V. Putinlə də xüsusi həvəslə əl verərək görüşüb. Liderlər terrorla mücadilə mövzusunda müzakirələrdən sonra birgə foto çəkdiriblər. Çin Xalq Respublikasının lideri S. Cinpin sammitdə dövlətləri açıq dünya iqtisadiyyatı qurmağa, bölgələrdəki münaqişələri dinc yolla həll etməyə çağırıb.

Hamburqda G20 sammiti “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə təşkil edilən aksiyaların kölgəsində keçirilib. Polis şəhərin “Balıq bazarı” adlanan yerində toplanan 12 min aksiya iştirakçısını dağıtmaq üçün təzyiqli su və bibər qazından istifadə edib, küçə və yollar bağlanıb. İlkin məlumata görə, artıq 76 aksiya iştirakçısı və 130 polis xəsarət alıb. Aksiyaçılar Rusiya, Cənubi Koreya prezidentləri və Avstraliya baş nazirinin qaldığı “Park Hayatt” otelinə də hücum çəkiblər. Həmin vaxt sözügedən ölkələrin liderləri G20 sammitinin keçirildiyi məkanda olublar.

Oxu 277 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.