Friday, November 17, 2017

İntensiv yağış yağacaq - Növbəti xəbərdarlıq

Bu məqaləni qiymətləndir
(0 səs)

Azərbaycan sinoptikləri hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 11-i gün ərzində, 12-si gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu tədricən 4°-dək aşağı enəcək.
İyulun 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi iyulun 11-12-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. 

Oxu 650 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.