Lənətlənmiş və rəhmətlənmiş Elmardan tutmuş Əli Həsənova qədər … Xüsusi

Bu məqaləni qiymətləndir
(4 səs)

Özünüz üçün düzəltdiyiniz Mətbuat Gününüz mübarək olmasın, Əli Həsənov!

Artıq 13 ildir iyulu Elmar və Mətbuat ayı kimi yad edirik. Bu il isə iyul gələr-gəlməz izdiham yaratdı, ölkəni zülmətə qərq etdi, qətllər, həbslər, ziddiyyətli açıqlamalar və hətta milyonlarla vəsaitin silinməsi bahasına tikilmiş yolun batması-filan. Bundan sonra iyul nələr edəcək, yaxud olanlarla kifayətlənəcəkmi, demək olmaz.
Bu gün (17 iyul) Elmar Hüseynovun, 22 iyul tarixində də Mətbuatımızın doğum günüdür.

Elmar Hseynov “Monitor” jurnalının baş redaktoru və zamanının iti qələm sahibi olan cəsarətli jurnalistlərindən biri idi. Onu öldürdülər. 2005-ci il İlham Əliyev ya özü, ya da onun razılığı ilə hansısa məmur Elmarın qətl fərmanını verdi. Kimsə bu iddianın qarşısına əks-arqument qoya biləcək gücdə deyil. On üç ildir onun qatil(lər)i tapılmır və Əliyev rejimi hakimiyyətdə olduğu müddətdə tapılacağı da gözlənilmir. Əslində qətlin sifarişçisi məlumdur, tətikçinin kimliyinin isə heç bir əhəmiyyəti yoxdur.
Bu illər ərzində bir çox məsələlərə baxış dəyişdi, bir çox insanlar özləri dəyişdilər və sair. Məsələn, Elmarın ölümünə görə İlham Əliyevə və onun komandasına “it”,- deyən Azər Həsrət indi İlhamla görüşəndə əlini bir ay yumur. Yaxud İlhamı “narkoman”,- adlandıran Vüqar Səfərli medal asılmış pencəyini „mumiya“latdırıb ki, İlhamın əl izi “pəncəyində” əbədi qalsın. Bir vaxtlar İlhamı “mahir qumarbaz” kimi təqdim edəən mirŞahin Ağayev indi prezidentin xoşu gəlsin deyə, etmədiyi alçaqlıq qalmayıb. Baş redaktorunun qətli iə parlayan erməni gədəsi Eynulla da Elmarın qatilləriylə çiyin-çiyinə mətbuatı baltalayır. Mətbuatda reketçiliyin təməlini qoyan Əflatun Amaşov və komandası təbii ki, bu dediklərimdən geri qalmırlar. Mətbuat günündə bu adamlar yenə mətbuatın inkişafından danışacaqlar və İlham Əliyevə xidmətlərinə görə orden, medallarla təltif olunacaqlar.
Əli Həsənov mətbuatına təkrar qayıdacağam. İndi isə son günlər bir-birini təqib edən hadisələr haqqında bir neçə cümlə…
İyul başlayar-başlamaz ölkə zülmətə büründü. Heç şübhəsiz, rejimin yarıtmaz siyasətinin nəticəsi idi. İlham Əliyev hakimiyyəti, Elmar Vəliyev haqqında gələn saysız şikayət və narazılıqları zamanında araşdırıb, ölçü götürsəydi, indi Elmar Vəliyev İsrail klinikalarında Əzraillə gizlənpaç oynamazdı. Təkcə xalqın narazı qaldığı başçı Elmar deyil, bütün başçılar Elmardı. Lakin bütün xalq Yunis deyil. Heç kim „Yunisin“ ancaq Gəncədə olduğunu iddia edə bilməz. Hakimiyyət hər rayonu bir Elmara tapşırdığı kimi, hər rayonda bir Yunisin ola biləcəyini də unutmamalıdır. Beləliklə iyul, Elmarlar ayı oldu, biri neqativ və lənətlənmiş, digəri pozitiv və rəhmətlənmiş.
Gəncə olayları İlham Əliyevin Brüssel səfərini də kölgədə qoya bildi. „Azərbaycan və Aİ Brüsseldə keçirilən 29-cu NATO sammiti çərçivəsində Tərəfdaşlıq prioritetləri haqqında sənəd imzaladılar“ başlıqlı xəbər tirajlandı. Terror və korrupsiya ilə birgə mübarizə, digər sahələrdə əməkdaşlıqla bağlı sənəd imzalansa da, insan hüquq və azadlıqları nəzərə alınmadı. Azərbaycan hökumətini anlamaq olar. Çünki rejim insan hüquq və azadlıqlarını pozmaqla məşğuldur, ölkəni kriminal qaydalarla idarə edir. Bəs demokratiyanı, insan hüquq və azadlıqlarını əsas tutan Avropa və Qərb ölkələrinə nə deyək? Bu ölkələr İlham Əliyev hökuməti ilə əməkdaşlığı davam etdirəcəkləri təqdirdə, Azərbaycanda jurnalistlər həbs olunacaq, öldürüləcək, fəal insanlar saxta ittihamlarla zindanlara salınacaqlar və ölkədə səfalətin miqyası genişlənəcək. Avropa və Qərbin əməkdaşlıq sənədləri hökuməti yanlış davranışa sürükləyir. Hökumət bu cür imzalanma törənlərini əsas götürüb, xalqın üzərinə yeriyir, başda İlham Əliyev olmaqla, ayrı-ayrı məmurlar daha da varlanmağa səy göstərirlər.
*
**
Qayıdaq Əli Həsənov mətbuatına. Ölkədə yaşanan hadisələrin kökündə mətbuatın mövcud durumu dayanır. Azad mətbuat tam sıradan çıxarılıb, jurnalistlər həbs olunur, öldürülür, ən yaxşı halda ölkədən qaçırlar. Mirşahin, Eynulla, Azər Həsrət kimilər medallar və paralara satdılar qələmlərini. Əflatun, Rəşad, Vüqar və Vüqara etibar edildi söz adamlarının taleyi. Onlar da ən pis halda „quru sağ ol“a, ən yaxşı halda məşuqələrinə bağışladıqları ev açarlarına görə dəyişdilər qələm dostlarını, Elmarın qisasından vaz keçdilər. Bir zamanlar zəncir gəmirən zatlar az müddətdə Əli Həsənovun „fas“ komandasına ram oldular.
Əli Həsənov son illərdə hər Mətbuat Günü ərəfəsində ya bir jurnalisti şərləyib, həbs etdirir, ya da bir müstəqil mətbu orqanı bağlatdırır. Bu dəfə müstəqil mətbuatın son qalalarından biri olan “Basta.info” saytının bloklanmasına şahidi olduq. Əli Həsənov prezidentə sədaqətini məhz repressiv qərarları ilə nümayiş etdirir. Əflatun kimilər isə Əli Həsənovun qoruyucusu timsalında özlərini aparırlar.
Özünüz üçün düzəltdiyiniz Mətbuat Gününüz mübarək olmasın, Əli Həsənov!
Azad söz uğrunda döyüşən jurnalistləri və qələm əhlini isə 22 iyul - Mətbuat Günü münasibəti ilə təbrik edirəm!

Röya Rəfiyeva

37409014 2198823133479886 2454212156237807616 n

Oxu 2788 dəfə