Vahid Ələkbərovun yaxınları həbs edildi Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və “Rosneft”in bir neçə menecerini həbs edib.

Xeber.info bildirir ki, bu barədə musavat.com-un Rusiya KİV-ə istinadən məlumat verib. Məlumata görə, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib.

Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdolrma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur.

Əməliyyat nəticəsində ilk olaraq “Rosnef- Stavropol”un top-meneceri və “Lukoyl”un bir neçə meneceri yaxalanıb.
Bundan sonra “Rosneft”dən Oleq Kolpakov, “Lukoyl”dan isə Kovalevski və Yukinski adlı menecerlər də saxlanılıb. Onlar barəsində “mütəşəkkil cinayətkar dəstə yaratmaq” və “külli-miqdarda dələduzluq” maddəsiylə cinayət işi başlanılıb.

Həbslərin davam edəcəyi gözlənilir.

Xeber.info

Oxu 1892 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.