“Ailənin tək oğlan övladı ön cəbhədə xidmət keçməməlidir”

Bu məqaləni qiymətləndir
(0 səs)

“Ailənin tək oğlan övladı ön cəbhədə xidmət keçməməlidir” — deputatdan TƏKLİF

“Ailələrin tək oğlan övladları ön cəbhədə deyil, arxa cəbhədəki hərbi hissələrdə xidmət keçməlidir”.

Bu barədə təkliflə Milli Məclisin deputatı Fəzail İbrahimli “Ölkə.Az”a açıqlamasında çıxış edib.

F.İbrahimli deyib ki, Azərbaycan tam müharibə şəraitində yaşamır.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun canlı qüvvəsi də kifayət qədərdir:

 “Düşünürəm ki, bu gün Azərbaycan müharibə vəziyyətində olsa da, ancaq geniş hərbi əməliyyatlar getmir. Doğrudur, cəbhədə hər gün atəşkəs pozulur. Ancaq Azərbaycan Ordusunun igid oğulları düşmənin cavabını layiqincə verir. Hesab edirəm ki, belə bir vəziyyətdə ailələrin tək oğlan övladları arxa cəbhələrdə xidmət etsələr, bu İslam əxlaqına da tam uyğun olar. Çünki bu gün Azərbaycanda elə ailələr var ki, orada 5 qızı olsa da, oğul övladı olmayana sonsuz kimi baxırlar. Bu əxlaq müstəvisində və bu cür düşüncə ilə yanaşsaq, o zaman ailələrin tək oğlan övladlarının ön cəbhədə deyil, arxa cəbhədə xidmət keçməsi məqbul sayılır. Ancaq əgər müharibə başlayarsa, o zaman mən də əli silah tutan hər bir şəxsin cəbhəyə yollanmasına tərəfdaram”.
Oxu 1341 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.