Həbsdə olan jurnalist azadlığa buraxıldı Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün Ali Məhkəmədə “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb və onun haqqında hökm dəyişdirilib. Jurnalist şərti cəza ilə azadlığa buraxılıb.

Xeber.info xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən, CM-nin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ona bəraət verilib. CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nətizələrə səbəb olduqda) maddəsi ilə verilən ittiham həmin maddənin birinci bəndinə tövsif olunub. Ali Məhkəmə bu ittihamla ona 3 il sınaq müddəti olmaqla, şərti cəza təyin edib.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi. O, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı.

Xeber.info

Oxu 705 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.