Müxalifətin mitinqində İlham Əliyevə sərt ittihamlar - FOTO

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün Bakıda, Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) müxalifətin növbəti mitinqi keçirilib. Mitinq BŞİH-lə razılaşdırılıb və saat 15:00-dən 17-dək davam edib. Mitinqin əsas tələbləri “Azad seçki!”, “Monarxiyaya son!”, “Korrupsiyaya yox!” olub. Mitinqdə həmçinin “Erməni terrorunu lənətləyirik!” şüarı səsləndirilib və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına adekvat qiymət verilməsi tələb olunub.

Mitinqin aparıcısı bu dəfə də AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn olub. İlk çıxışı AXCP sədri Əli Kərimli edib.

Əli Kərimli 1918-ci ilin mart qırğınından danışaraq deyib ki, erməni terroru 100 ildi davam edir. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu deyib: “Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.

baki aksiya2Əli Kərimli həm də hökuməti Rusiyadan yararsız silah almaqda suçlayıb.

AXCP sədri həmçinin vurğulayıb ki, ölkədə 160 civarında siyasi məhbus var. “Onlar bu milləti sevən ninsanlardır.”, deyən Əli Kərimli onlardan bir neçəsinin adını çəkib.

Əli Kərimli hakimiyyəti korrpsiyada da ittiham edib. Bu zaman meydanda “istefa” şüarları səslənib.

AXCP sədri vurğulayıb ki, Azərbaycanda monopoliyanın başında dövlət başçısı İlham Əliyev durur. Əli Kərimli deyib ki, İlham Əliyevin hakimiyyətini daha 7 il uzadmağa haqqı yoxdur.

“İktidarda olduğu müddətdə yalanı dövlət siyasətinə çevirmiş, ölkədə söyüşü siyasətə gətirmiş bir şəxsin 4-cü dəfə prezident seçilməyə haqqı varmı?”deyə AXCP sədri sual edib.

***

Mitinqdə çıxış edən vəkil Osman Kazımov isə polislərə müraciət edib: “Əzizlərim “ Polsi haqqında” qanuna görə siz xalqı müdafiə etməlisiniz, məmurları yox…”. Osman Kazımov deyib ki, polislər də onlara dogma, qardaş adamlardır.

O.Kazımov Qarabağ münaqişəsindən danışarkən Əbülfəz Elçibəy hakimiyyəti ilə mövcud hakimiyyət arasında parallel aparıb: “Ə.Elçibəy hakimiyyəti dövründə Qarabağın 1/3 azad edilmişdi, sonrakı hakimiyyətin ilk illərində isə 6 rayon işğal edildi”.

baki aksiya3AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmov hakimiyyətin iqtisadi siyasətinin uğursuzluğunu faktlar və rəqəmlərlə ifşa edib.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu çıxışında Əliyevlərin Azərbaycana yalnız talamaq məqsədilə baxdıqlarını deyib. O, İlham Əliyevi Qarabağ siyasətində uğursuzluqda, hətta öz bəyanatları ilə Ermənistana kömək etməkdə suçlayıb.

Mitinqdə Milli Şura Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev də çıxış edib. Sonda söz Milli Şura sədri Cəmil Həsənliyə verilib.

Mitinqin keçirilən ərazidə tez-tez internetdə kəsilmələr yaranır. Bu üzdən aksiyadan canlı yayım etmək mümkün olmayıb.

Oxu 1397 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.