Generallara oxunan hökm təxirə salındı Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)
Sabunçu rayon Məhkəməsinin binasında ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
 
Xeber.info-nun məlumatına görə, təqsirləndirilən sabiq MTN polkovniki Fizuli Əliyevin vəkili İlham Əsədov APA-ya deyib ki, hakimlər cinayət işinin mürəkkəbliyini və çoxluğunu nəzərə alaraq, hökmün elanını qeyri-müəyyən vaxtadək təxirə salıblar.
 
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
 
Onlara Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2-ci (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2-ci (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2-ci (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ) və digər maddələri ilə ittihamlar irəli sürülüb.
Xeber.info
Oxu 281 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.