Putin Azərbaycan prezidentinə başsağlığı verib

Bu məqaləni qiymətləndir
(1 Səs)

Rusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Xeber.info -nun xəbərinə görə, məlumatı Kremlin mətbuat xidməti yayıb.

V.Putin yanğın zamanı həlak olan insanların ailələrinə, yaxınlarına da başsağlığı verib, zərərçəkənlərin tez bir zamanda sağalmasını arzulayıb.

"Əziz İlham Əliyev, Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.

Xeber.info

Oxu 300 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.