İsa Qəmbər Türkiyəyə aparılır

Bu məqaləni qiymətləndir
(1 Səs)

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedəcək. Xeber.info bildirir ki, bu barədə Müsavat başqanı Arif Hacılı deyib.

O bildirib ki, İ.Qəmbər Mərkəzi Klinik Xəstəxanadan evə buraxılacaq: “Daha keyfiyyətli tibbi müayinədən keçməsi üçün İsa bəyin Türkiyəyə getməsi yaxşı olar. İsa bəylə Türkiyəyə gedəcəyik. Orada İsa bəy daha keyfiyyətli tibbi müayinədən keçəcək”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

 Xeber.info

Oxu 444 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.