Gözəl Bayramlının apellyasiya şikayətinə baxılacaq

Bu məqaləni qiymətləndir
(0 səs)

Fevralın 28-də, saat 15:30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının apellyasiya şikayətinə baxılacaq.

Xeber.info xəbər verir ki, bu barədə modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçiriləcək:
“Məhkəmə Gözəl Bayramlının AR CM-nin 206.1. maddəsilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilməsi barədə Qazax rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli hökmündən verdiyimiz apellyasiya şikayətilə bağlıdır”.

E.Sadıqov deyib ki, məhkəmə iclası açıq keçiriləcək və Gözəl Bayramlının iştirakı təmin ediləcək.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Qazax rayon Məhkəməsinin qərarı ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xeber.info

 

Oxu 275 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.