Bakıda bələdiyyə sədri HƏBS EDİLDİ

Bu məqaləni qiymətləndir
(1 Səs)
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xeber.info report-a itinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində verilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib və V.Nəbiyev məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməklə ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.
V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun barəsində eyni əmələ görə, daha bir cinayət işi başlanılıb. Həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hakimi Əlövsət Abbasovun sədrliyi ilə baxılır.
Xeber.info
Oxu 415 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.