"Qanunu yoğurub bir yerinə soxaram" - BDU-da QALMAQAL - VİDEO Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bakı Dövlət Universitetində laborantla dekan müavini arasında qalmaqal baş verib. 

Hadisəsnin səs yazısını “Meydan TV” paylaşıb.
Səs yazısından məlum olur ki, universitetin Şərşunaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə laborantı təhqir edir.
“Bu dəfə səninlə sözlə danışıram, amma gələn dəfə əl-ayaqla danışacam.
Mənim elə səbrim yoxdur. Özünü küçədəki kimi aparırsan. Bundan sonra iş vaxtı dərs keçmək qadağandır”, - deyə dekan müavini bildirib.
Laborant isə cavabında “siz hələ məni yaxşı tanımırsınız” cavabını verib: “Siz mənimlə belə danışa bilməzsiniz. Bu məsələni qanunla həll etmək lazımdır”
Dekan müavini isə deyib ki, qanunu yoğurub bir yerinə soxurlar.
Məsələ ilə bağlı Cavanşir Məmmədzadə ilə əlaqə saxladıq.
Dekan müavini BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin hadisə dərs bölgüsü zamanı baş verib.
Cavanşir Məmmədzadə qeyd etdi ki, laborant danışıqların sonuncu hissəsinin səs yazısını paylaşıb.
“Bu səs yazısı təhrif olunmuş variantıdır. Paylaşılan səs yazısı tam deyil. Buna qədər söhbətimiz olub və o məni təhqir edərək əsəbiləşdirib. Laborant danışığımızın özünə sərf edən hissəsini paylaşıb”, - deyə dekan müavini bildirdi.

Oxu 725 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.