Nazir: “Nüsxə verməyən mətbuat orqanları bağlanılacaq”

Bu məqaləni qiymətləndir
(0 səs)

“Nüsxələrini vaxtlı-vaxtında Milli Arxiv Fonduna verməyən mətbuat orqanları bağlanılacaq”.

Musavat.com bildirir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bütün mətbuat orqanlarının çap buraxılış sisteminə ciddi nəzarət olunması üçün xüsusi komissiya yaradılıb: “Son vaxtlar dünya mətbu məkanı xeyir dəyişib. Biz indi görürük ki, mətbuat artıq canlı formasından çıxaraq, bəzən elektron formasında fəaliyyət göstərir. Sözsüz ki, bu, açıq məkandır. Lakin bu gün kitabxanalara müraciət edəndə ki, filan vaxtı hansısa jurnal və ya qəzetdə hansısa məqaləni çıxıb, guya internetdə nə vaxtsa olub, onu tapmaq lazımdır, lakin nə həmin mətbuatı, nə jurnalı, nə də onu çapa hazırlayan insanı, onların izlərini tapa bilmirik. Vaxtı ilə birgünlük mətbuatlar, birdəfəlik buraxılan jurnallar var idi. Bəzən onları dırnaqarası jurnalistlər hansısa məqsədləri üçün istifadə edir, kimlərəsə hədə-qorxu gəlirdilər. Biz indi o dövrü keçmişik. Lakin indi qanunlar işləyir və hər bir sahədə o qanunun aliliyini tətbiq etmək bizim borcumuzdur.

Beləliklə nazirlik bu işlərin güclənməsi məqsədi ilə əmr imzalayıb. Əmrə əsasən xüsusi komissiya təşkil olunub. Komissiyanın ixtiyarı var və borcudur ki, bütün mətbuat orqanlarının buraxılış sisteminə daxil olsunlar, onlara nəzarət etsinlər və nüsxələrin vaxtlı-vaxtında Milli Arxiv Fonduna verilməsi üçün müvafiq inzibati işlər görsünlər. Buna təəccüblənmək lazım deyil, bu, təbiidir. Bizim məqsədimiz odur ki, Azərbaycan mətbuatında nə qədər məqalə çıxırsa, onun tarixini saxlayıb, gələcək nəsillərə təqdim edək. Bu, hər bir mətbuat orqanın rəhbərinin marağında olmalıdır. Əgər tariximizi saxlamaq istəyiriksə, məcburi nüsxələr kitabxanalara verilməlidir. Bu, öz tarixinə hörmət edən cəmiyyətin vəzifəsidir. Biz bu işi daha sərt şəkildə edəcəyik, cərimələr tətbiq olunacaq. Fiziki şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün 700 manat nəzərdə tutulub. Əgər 2-3 dəfə belə bir faktlar müəyyən olsa, həmin mətbuat orqanın bağlanılması barədə işlər aparılacaq”.

Oxu 751 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.