“Belə həbslər dövlətə qarşı inamsızlıq yaradır” - Elvin Məmiyev

Bu məqaləni qiymətləndir
(1 Səs)

Jurnalistin başına torba keçirib həbs etmək ifadə azadlığına ən ağır basqıdır. Şübhəli ittihamlarla jurnalisti həbs etmək bütövlükdə demokratik dəyərləri heçə saymaqdır. Azərbaycan hakimiyyəti bu addımı ilə heç bir hüquq tanımadığını, heç bir beynəlxalq təşkilatı saymadığını sübut edir”. Bu sözlər ictimai fəal Elvin Məmiyevə məxsusdu.

t5I0Ypz

  E.Məmiyev “Bizim Yol” qəzetinin əməkdaşı jurnalist Pərviz Həşimlinin həbsinə kəskin etiraz edib:   “Pərviz Həşimli 17 sentyabr 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən   saxlanılıb, silah qaçaqmalçılığı (Cinayət Məcəlləsi, Maddə 206.3.2) və qanunsuz silah gəzdirmə (Cinayət   Məcəlləsi, Maddə 228.2.1) maddələri ilə ittiham olunur. Onu tanıyan hər kəs başa düşür ki, bu ittiham   saxtadır. Bu həbs hökumətin yarıtmaz və uğursuz siyasətini tənqid edənləri qorxutmaq üçündür. Xüsusən   jurnalistlər məmurların fəaliyyətini və özbaşınalığını, eyni zamanda korrupsiya və rüşvət oyunlarını   araşdırılar. Pərizin saxta ittihamlarla həbsinin yalnız bir məqsədinin olduğunu düşünürəm - tənqidçi   şəxslərin, jurnalistlərin gözünü qorxutmaq, onları ictimai önəmli məsələləri, hökumətin önəmli siyasi   fiqurlarının, məmurlarının fəaliyyətini araşdırmaqdan çəkindirmək və cəmiyyəti doğru bilgilər almaq   hüququndan məhrum etmək”.

E.Məmiyev belə həbslərin cəmiyyət və dövlət üçün fəsadlı olduğunu düşünür: “Bu kimi həbslər bir fərdin məhbus həyatı yaşaması ilə yekunlaşmır. Həm fərd olaraq Pərviz Həşimli ömrünün bir hissəsini həbsdə keçirir, həm cəmiyyət ciddi problemlərlə üzləşir, həm də dövlətə qarşı inamsızlıq yaranır. Hakimiyyət ömrünü məhdudiyyətlər və saxta həbslərlə uzatmağa çalışır. Lakin bu, çıxış yolu deyil. Ən azı mətbuatın göstərdiyi nöqsanları hakimiyyət aradan qaldırmağa çalışmalıdır”.

Oxu 861 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.