“Azərbaycan hökumətinin məqsədi cəmiyyəti susdurmaqdır”

Bu məqaləni qiymətləndir
(4 səs)

 

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi həyatında fəal Rəşad Hüseynovdur

-         Son zamanlar ölkədə müxtəlif peşə sahiblərinin həbs edilməsinə şahid oluruq. Nə baş verir?

-         Hər kəsə aydındır ki, bu həsblərin əsas motivi saxta ittihamlardır. Hətta hüquq müdafiəçilərinin də saxta ittahamlarla həbsə salındığının şahidi oluruq. Bu məhbusların arasında ağır xəstələr, şəkər xəstəliyindən əziyyət çəkən şəxslər də var. Bu cür insanların təcridxanada saxlanılması Azərbaycanın heç bir  qanununa, Azərbaycanın qoşulduğu  İnsan Haqları Konvensiyasına uyğun deyil. Azərbaycanda söz azadlığı, insan haqqları o qədər sürətlə tənəzüllə uğrayır ki, bu sahədə tanınmış və peşəkar vəkil İntiqam Əliyev də həbsə salınıb. İntiqam Əliyev Azərbaycanın ən yaxşı hüquqşünasıdır, ən yaxşı vəkilidir. Onun vəkilliyi ilə Azərbaycandan çoxsaylı işlər Avropa Məhkəməsinə göndərilib. İntiqam Əliyev o qədər peşəkar vəkildir ki, o qədər əsaslandırılmış işlər hazırlayır ki,  onların hamısı Avropa Məhkəməsi tərəfindən qəbul olunur.

-         Hazırda Azərbaycanda neçə siyasi məhbus var?

-         Siyasi məhbusların sayını həbslərindən öncə Leyla Yunus və Rəsul Cəfərov siyahıları birləşdirərək müəyyən edib. Birləşdirilmiş siyahıda 98 nəfər barədə razılığa gəlinmişdi. Amma onların razılığından sonra özləri tutuldu bu siyahı 100 oldu. Sonra İntiqam bəy tutuldu 101 oldu, sonra Müsavat rayon təşkilatının sədri tutuldu 102 oldu, sonra narkotik ittihamı ilə Sabirabadda Murad Ədilov tutuldu və 103 oldu. Görürsünüz, son on gün ərzində siyahı şişə-şişə gedir. Azərbaycan hökumətinin məqsədi cəmiyyəti susdurmaqdır.

-         Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi ilə bağlı müraciətlərə əhəmiyyət vermir. Bunu necə qiymətləndirirsiniz?

-         Bu adamların həbsi o qədər açıq xarakter daşıyır ki, buna hər hansı don geyindirmək mümkün deyil. Haradasa vergi yayınması varsa, bu təşkilatlar on illərlə hesabatlar veriblər. Gərək onlar hesabat verəndə nöqsanlar göstəriləydi ki, problem var. Təşkilatlara xəbərdarlıq edilməli idi, bunların heç biri olmayıb. Məni narahat edən məsələ ondan ibarətdir ki, bu günləri prokurorluğun, Milli Təhlükəsizlik, Daxili İşlər Nazirlilərinin tərkibinə daha bir güc strukturu əlavə olunub, bu da Vergilər Nazirliyidir. Adamların, qeyri hökumət sektorunun Vergilər Nazirliyinin əli ilə boğulması  elə də yaxşı əlamət deyil.

                   Xeber.İnfo,

Oxu 1276 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.