Tuesday, November 21, 2017

“İlk görəcəyim iş əlilliyi olan şəxslər üçün təhsil mərkəzinin yaradılması olacaq” Xüsusi

Bu məqaləni qiymətləndir
(3 səs)

Səbinə Kərimova: “Özümü o qədər də yaxşı hiss etmirəm, çünki ilk ad günümdür ki, atam məni təbrik etməyəcək

Hər bir insanın həyatında unudulmaz və daha çox həssas məqamlar olur. Başqalarının diqqətini və qayğısını sınağa çəkmək üçün təbii ki, doğum günü çox əlverişli zaman hesab olunur. Əlil Qadınlar cəmiyyəti Sumqayıt Regional şöbəsinin sədri, “Ulfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyinin icraçı direktoru Səbinə Kərimova da bu gün növbəti dəfə ətrafındakıları sınağa çəkəcək.

Xeber.İnfo ictimai, fəal, çalışqan Səbinə xanımın ad gününü təbrik edərək, onun həyat və fəaliyyətinə işıq tutmağa çalışıb.

-           Səbinə xanım, bu gün doğum gününüzdür. Həm də atanız olmadan ilk dəfə bu günü yaşayırsınız. Özünüzü necə hiss edirsiniz?

-          Bu gün özümü o qədər də yaxşı hiss etmirəm. Çünki ilk ad günümdür ki, atam məni təbrik etməyəcək. Ad günümü ilk o, təbrik edərdi. Bu dəfə isə mən onun qəbrini ziyarətə gedəcəm. Çox ağırdır mənim üçün. Hər səhər atamı heç vaxt görməyəcəm hissi ilə oyanmaq. Atasız insan ozünü arxasız, dayaqsız hiss edir. Ata dost, sirdaş olanda isə, bu, daha ağrılı olur. Mən özümü çox tək hiss edirəm.Yer üzündə insanı təmənassız sevən yalnız onun valdeyinləridir. Mən Allahıma şükür edirəm ki, uşaq vaxtı valdeyinsiz qalmamışam, onların himayəsində olmuşam və çox gözəl uşaqlığım kecib. Buna görə valdeyinlərimə və Allahıma borcluyam.

 

-          Bu gün daha çox kimlərdən təbrik gözləyirsiniz? Xüsusi və özəl olaraq təbrik gözlədiyiniz şəxs varmı?

 -          Yox, ad günümdə özəl olaraq təbrik gözlədiyim insan yoxdur. Heç vaxt elə birisi olmayıb.

-          Sizi ictimai həyatda çox fəal və yorulmaz bir xanım kimi tanıyırıq. İctimai işləriniz necədi?

-          İctimai işlərim yaxşıdır, hamısı qaydasında. Çünki, mən daim yeniliyi sevirəm. Hər zaman özümü yeniliklərə hazırlamışam.

-          QHT sektorunda kifayət qədər tanınırsınız. Hansı ruzigar sizi bu sahəyə atıb?

-          QHT-yə gəlişim bir çox səbəblərlə bağlıdır. Məni bu sahəyə dəvət edən xanım artıq bir neçə ildir dünyasını dəyişib. İndi mən onun səlahiyyətlərini icra edirəm. 2004-cü ildə mən Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şöbəsində sədr köməkçisi kimi işə başlamışam. O zaman təşkilatın sədri Firəngiz xanım idi. Alalh ona rəhmət eləsin. 12 illik fəaliyyətimin 11 ilini demək olar ki, ancaq təlimlərdə, semnarlarda keçirmişəm və hələ də öyrənirəm.

-          İctimai fəaliyyətinizdə nə zamansa həll edə bilmədiyiniz çətinliklə rastlaşmısınız? Bu zaman ilk yardım istədiyiniz şəxs kim olub?

-          Nə zaman çətinlik cəkmişəmsə, mütləq daha təcrübəli QHT sektor sədrlərinə müraciət etmişəm. Mən bu gün daha təcrübəli olmağımda əsas borclu olduğum insan Demokratiya və İnsan haqlarının sədri Asabəli Musatfayev olub. Çünki o, mənim bir növ müəllimim, hər zaman dəstək verən, yol göstərənim olub.

-           Daxilən azad xanım təəssüratı yaradırsınız, sizin üçün qadın azadlığı nə deməkdir?

-          Qadın azdlığı mənim üçün çox önəmli məsələdir. Hər zaman azadlığa can atmışam, hətta evdə belə öz hüquqlarımı qorumaqa çalışmışam. Ancaq valdeynin sözündən çıxmamaq şərtilə orta məxrəcə gəlmişik.

-          Hansı məqamda özünüzü daha çox xoşbəxt hesab edirsiniz?

-          Çətinliklə həll etdiyim işi bacardıqda özümü daha xoşbəxt hiss edirəm.Yəni olmaz dediklərini olar etdim və bunu bacardım.

 -          Dəfələrlə xeyriyyəçi əməllərinizə şahid olmuşuq. Bu istək hardan yaranır? etdiyiniz əməllərdən zövq ala bilirsiniz?

-          Bu, mənim daxilimdən gələn bir hissdir. Ffiziki məhdudiyyətim olmasaydı bəlkə də başqa sahədə işləyərdim. Ancaq bu sahə kimi heç bir sahədən zövq ala bilməzdim. Bu mənim yer üzündəki məqsədimdir. Həyatıma qatdığı rəngarənglikdir.

-          Allah gözlənilmədən sizə böyük imkanlar bağışlasa ilk görəcəyiniz iş hansı olar?

-          İlk görəcəyim iş əlilliyi olan şəxslər üçün təhsil mərkəzinin yaradılması olacaq. Bu, mənim ən böyük arzumdur. Mən istəyirəm ki, hər bir əlilliyi olan şəxsin təhsili olsun və özləri həyatda tək ayaq üstə durmağı öyrənsin.

-          Sonda dediklərinizə nə əlavə edirsiniz?

-          Sizə minnətdaram ki,bizim kimi insanları yad edirsiz.

Minarə Alışzadə,

Oxu 1144 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.