87 saylı orta məktəbdə VƏRƏM həyəcanı

Bu məqaləni qiymətləndir
(0 səs)

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 87 saylı orta məktəbdə vərəm xəstəliyi təhlükəsi valideynləri ciddi narahat edir. Bu barədə Xeber.İnfo-a bir valideyn məlumat verib.

Onun sözlərinə görə, vərəm xəstəliyinə yoluxmuş bir şagird məktəbdə bu xəstəliyin yayılmasına səbəb olub: “Şagirdlərdən biri vərəm xəstəliyinə tutulub. Məktəbin rəhbərliyi və müvafiq səhiyyə orqanları məlumatlı olsalar da, heç bir tədbir görülməyib. Artıq bir neçə məktəblinin də bu xəstəliyə yoxilduğu deyilir. Məktəb rəhbərliyi xəstə şagirdlə bağlı müvafiq tədbir görmək əvəzinə, onun dərs davamiyyətini tələb edib. Heç valideyn uşağının xəstələnməsini istəməz və heç kim hər hansı bir xəstəlikdən sığortalanmayıb. Çox güman ki, valideynlərin müalicə üçün maddi vəziyyətləri yaxşı olmayıb. Bu tipli xəstəliklər dövlət hesabına xüsusi karantin şəraitində tam sağalana qədər müalicə olunmalıdırlar. Hər il bu məqsədlə büdcədən vəsait ayrılır”.

Qeyd edək ki, 87 saylı məktəbdə tez-tez neqativ hallara rast gəlinir. Bir qədər əvvəl bu məktəb dərslik problemi ilə gündəmə gəlmişdi.

Oxu 588 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.