“Dilçilər dil məsələsini monopoliyaya çevirmək istəyirlər” - Vurğun Əyyub

Bu məqaləni qiymətləndir
(0 səs)

“Dil ilə bağlı müzakirələrdə xalqın bütün təbəqələri iştirak edə bilər”.

Bunu filologiya elmləri namizədi Vurğun Əyyub orfoqrafiya lüğətinə dəyişikliklərlə bağlı məsələyə münasibət bildirərkən deyib. O, bildirib ki, orfoqrafiya məsələlərində ən pis hal alimlərin müzakirə aparmaq əvəzinə, bir-birinin haqsız olduğunu sübuta yetirmək üçün az qala qaydasız döyüş üsullarına əl atmalarıdır:

“İkinci pis hal odur ki, dilçilər dil məsələsini özlərinin monopoliyasına çevirmək istəyir. Axı, hər kəs sual edə bilər ki, bundan əvvəl tərtib edilmiş, indi tənqidə məruz qalmış orfoqrafiya lüğəti də dilçilər tərəfindən tərtib edilmişdi, həmin səhvlərin bir başqa şəkildə ortaya çıxmayacağına zəmanət hardadır? Dil xalqa məxsusdur. Dilin qaydalara görə yaranmadığını, qaydaların dildən sonra meydana çıxdığını orta məktəb uşağı da bilir. Dil ilə bağlı müzakirələrdə xalqın bütün təbəqələri iştirak edə bilər. Müzakirələrdə səslənən fikirləri, təklifləri toplayıb onlara ağlabatan izahlar vermək isə, təbii ki, dilçilərin işidir”

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan layihə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Oxu 390 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.