Göyçayda intihar edən və ölən direktorlardan 20 min rüşvət istənib - İttihamlar

Bu məqaləni qiymətləndir
(0 səs)

Göyçayda bir məktəb direktorunun öz kabinetində damarlarını doğrayaraq intihara cəhd etməsi, eyni gündə digər məktəb direktorunun iş otağında infarkt keçirməsi və Bakıya çatdırılandan sonra ölməsinin səbəbləri haqda ağır ittihamlar var

Palitika.Az sosial şəbəkələrdə yayılmış xəbərlərə istinadla bildirir ki, məktəb direktorlarının Göyçay Rayon İcra Hakimiyyətindən gələn göstərişləri yerinə yetirə bilməməsi, tələb olunan maliyyəni çatdırmaqda çətinlik çəkməsi əsəbləri tarıma çəkib.
Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin direktor otağında qolunun şah damarını kəsərək intihara cəhd göstərib.
Sosial şəbəkələrdə gedən məlumatlarda bildirilir ki, intihara səbəb ondan 20 min manat pul tələb edilməsi, əks halda ərizə yazıb işdən getmək şərtinin qoyulması olub.
“Atamın heç bir banka kredit borcu yoxdur”. Bunu açıqlamasında oğlu Röyal Qəribzadə bildirib. O, atasının səhhətinin qaydasına düşdüyünü qeyd edib:“Atamın vəziyyəti yaxşıdır, özünə gəlib. Onunla görüşmüşük, ancaq həkimlər çox danışmağa imkan vermir. Bizim heç bir banka borcumuz yoxdur.
Hamısı yalan söhbətlərdir, buyurub araşdırsınlar. Atamın niyə belə addım atmasının səbəbi sabah məlum olacaq. Bir övlad olaraq danışa bilmirəm, fikirləşirəm”.
Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov açıqlamasında Akif Qəribovun depressiyaya düşdüyünü, bankdan küllü miqdarda kredit götürərək qızına mebel, özünə isə xarici avtomobil aldığını deyib. Bununla da, RTŞ müdirinin yalanı faş olub.
Palitika.Az xəbər verir ki, həmin tarixdə rayonun Çayarxı kənd tam orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Mübariz Şamilov iş otağında infarkt keçirib.
O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan direktor ikin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib.
Məktəb direktoru Mübariz Şamilovun maddi cəhətdən sıxıntısının olduğu, bu səbəbdən də bir müddətdir, özünü narahat hiss etdiyi bildirilir.
İddialara görə, ondan da böyük məbləğdə pul tələb edilməsi 50 yaşlı direktoru infarkt vəziyyətinə salıb.
Feysbukda yazılanlardan biri də belədir ki, txminən 10 gün əvvəl Göyçay rayonunda iki müəllim direktorluq vəzifəsinə imtahan verib.
Qarayazı kənd orta məktəbinin müəllimi Sərvət Ağayev 36 bal, Qaraməryəm kənd orta məktəbinin müəlliməsi Quliyeva Nahidə Xədiyar qızı isə 24 bal toplayıb.
Göyçay Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov onlar arasında işi auksiona qoyub (kim çox pul verəcək deyə) və nəticədə 24 bal toplamışNahidə müəllimə 36 bal toplamış Sərvət müəllimə qalib gəlib. İndi baxın Göyçayda necə bir təhsil sistemi var.
Xatırladaq ki, Göyçay Rayon Təhsil Şöbəsi müdiri Rəşad Məmmədov “ATF” ASC adlı tikinti şirkətinin rəhbərliyi ilə əlbir olaraq məktəblərin tikintisinə və təmirinə büdcədən ayrılan vəsaitləri qaranlıq məqsədlərə sərf edir.
Tikilən məktəblər layihə ilə uyğun gəlmir. Bu da məktəb tikintisində korrupsiya əməliyyatlarının həyata keçirilməsinə şübhələr yaradır.
Mehdi Səlimzadənin Göyçaya icra başçısı təyin olunmasından sonra rayonda sabiq nəqliyyat naziri Ziya Məmmədovun kadrlarından fərqli olaraq, mühitin yumşalması gözləntisi vardı.
Belə bir iddia var ki, M.Səlimzadə gələr-gəlməz büdcə təşkilatlarını, müxtəlif idarələri, bağça və məktəbləri “tas”a oturdub. Bununla getdikcə gərginləşən vəziyyət faciələrə yol açmaqdadır.

Oxu 537 dəfə