Qalmaqal: Nazir rəsmi qəzetdəki müəllif yazısından xəbəri olmadığını bildirdi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Azərbaycanın Təhsil Nazirliyi ilə “Respublika” dövlət qəzeti arasında Azərbaycan jurnalistikası tarixində indiyə qədər görünməmiş qalmaqal baş verib.

Bu gün səhər saat 08:33-də qəzetin saytında təhsil naziri Mikayıl Cabbarovun “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” başlıqlı müəllif yazısı dərc olunub. 40 min işarəlik nəhəng yazı indiyə kimi nəşrin saytındadır və artıq 32 dəfə oxunub.

Məqalə rəsmi üslubda yazılıb və Azərbaycanda təhsilin inkişafını nümayiş etdirən saysız-hesabsız statistik məlumatlarla zəngindir.

Lakin məqalə dərc edildikdən bir qədər sonra Təhsil Nazirliyinin rəsmi saytında Mikayıl Cabbarovun bu yazının müəllifi olmaması ilə bağlı təkzib yerləşdirilib.

“Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib. Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”, - məlumatda deyilir.

Qeyd edək ki, adəti üzrə belə materiallar tərəflər arasında razılaşdırıldıqdan və yazıdakı faktlar dəfələrlə yoxlandıqdan sonra işıq üzü görür. “Respublika” qəzetində təhsil nazirinin adından onun müəllifi olmadığı yazının dərci qaydalardan kənara çıxan haldır.

Oxu 219 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.