Şagirdlərin əksəriyyəti işğal olunmuş əraziləri tanımır

Bu məqaləni qiymətləndir
(0 səs)

İrqindən, dinindən, yaşından asılı olmayaraq hər kəs öz düşmənini tanımalıdır...
Məşhurlardan biri deyib ki, öz düşmənini yaxşı tanı ki, o səni məhv etməmiş sən onu məhv edəsən... 
Ancaq çox heyif ki, son zamanlar təhsil, vətənpərvərlik aşılamalı olan təhsil ocaqlarında təhsildən başqa nə desən öyrədilir...Məsələn süpürgə pulu, təmir pulu, bayram pullarının necə yığılması... Belə olmasaydı məktəblərdə qanlı yaddaşımız olan və mənfur düşmənimiz tərəfindən işğal edilmiş torpaqlarımızı şagirdlər tanıyardı... Sözümüzün canı var... 
Belə ki, Balakən rayon orta məktəblərində işğal altında olan torpaqlarımızı tanıyıb, tanımamaları ilə bağlı şagirdlər arasında sorğu keçirtdik...Məlum oldu ki, burada təhsil alan şagirdlərin əksəriyyəti işğal olunmuş əraziləri tanımır...Soruşanda kı, hansı rayonlarımız işğal olunub bir-iki şagird bəzi rayonları deyə bildi... Sorğunun kulminasiya nöqtəsi isə şagidlərin Lənkəran rayonunu işğal olunmuş ərazilərin siyahisina daxil etməsi oldu... Ürək ağrıdıcı mənzərədir... Oturub-durub vətənpərvərlikdən danışan təhsil müəssisələri görəsən hara baxır və yaxud da şagirdlərə nə üçün vətənpərvərlik ,vətən sevgisi aşılayan dərslər keçilmir? Bu sorğuya baxan zaman insanda bir sual yaranır? Qan yaddaşımızı bilməməkdə gunahkar şagirdlər, valideyinlər yoxsa muəllimlərdir? Məsələ ilə bağlı Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rustəmxanlı bildirdi ki, “gənclərin Qarabağ müharibəsi ilə bağlı məlumatlanmamasının səbəbi ilk novbədə valideyinlər, daha sonra təhsil ocaqlarıdır”Muəllimlərdən bunun səbəbini soruşanda isə “Əşi uşaqdılar da bilmirlər, burda nə var ki?”, deyərək sanki bizi borclu çıxardırlar!Hər halda mənfur qonşularımız öz ovladlarına dil acan kimi “Azərbaycan bizim düşmənimizdir” kəlməsini oyrədirlər... Ancaq çox heyif ki, bizlər düşmənimizin kim olduğunu belə bilmirik... Bu ilk novbədə valideyinlərin, daha sonra isə təhsil müəssisələrinin məsuliyyətsizliyidir... Nəzərə alsaq ki, biz bədnam qonşularımızla 22 ildir ki, muharibə şəraitində yaşayırıq... Muharibənin nə vaxt bitəcəyi isə hələlik məlum deyil... O zaman gələcəyin əsgərləri və ya əsgər analarının işğal altında olan torpaqlarımızı tanımaması həqiqətən də utancvericidir!Balakən rayon Təhsil Şöbəsinin müdiri Mahir Dibirovun başı isə Maliyyə Şöbəsinin müdiri Mahir Mikayılovla birləşərək hər il dövlətin yüz min manatlarla vəsaitini mənimsəməyə qarışıb. İnformasiya mənbəmiz bildirir ki, hər il rayon Maliyyə Şöbəsindən daxili büdcə adı altında Təhsil Şöbəsinin balansında olan kənd orta məktəblərinin cari təmiri üçün külli miqdarda vəsait ayrılır. Son 3 ildə kənd orta məktəblərinin cari təmiri üçün rayon büdcəsindən 500 min manatdan artıq vəsait ayrılıb. Məlumatlı mənbəmiz bildirir ki, Təhsil Şöbəsinin müdiri cari təmir işlərini saxta tender oyunu ilə özünə yaxın olan şəxslərin müəsissələrinə verərək maxinasiya həyata keçirir. Təhsil Şöbəsi müdirinin həyata keçirdiyi maliyyə maxinasiyandan əldə olunan gəlirin 25 faizi Mahir Mikayılova, 40 faizi icra başçısına yerdə qalanı isə Mahir Dibirovla tikinti şirkətinin rəhbərliyinə çatır. Məlumatlı şəxs qeyd edir ki, son 3 ildə Sarıbulaq, Hənifə, Şambulbinə, Qabaqçöl, Qaysa, Meşəşambul, Xalatala, Qaravəli, Qarahacılı, Bedağar, Şambul, Qazbölük, 1 saylı Şərif, 2 saylı Yeni Şərif kənd orta məktəblərin cari təmirinə yuxarıda qeyd etdiyimiz vəsait ayrılıb. Amma hazırda həmin kənd məktəblərinin əksəriyyətinin bütövlükdə təmirə ehtiyacı var. Çünki Balakən Təhsil Şöbəsinin müdiri Mahir Dibirov rayon Maliyyə Şöbəsinin müdiri adaşı Mahir Mikayılovla birləşərək cari təmir işlərinin arxasından keçiblər. Mənbəmiz bildirir ki, “qeyd etdiyim kənd orta məktəblərinin binaları kosmetik cari təmirə məruz qalıb”. Yəni Mahir Dibirovun müqavilə bağladığı müəsissə rəhbərləri onlara “deyildiyi kimi” təmir işləri həyata keçiriblər. Məlumatlı şəxs iddia edir ki, cari təmir işlərinin sənədlərində işlədilən bir çox mal-materialların qiymətləri isə Təhsil Şöbəsinin müdiri ilə müəsissə rəhbərləri tərəfindən azı 3 dəfə şişirdilib. Məhz bunların nəticəsidir ki, Balakən Təhsil Şöbəsinin müdiri artıq özünü kiçik oliqarx gözündə görür. Belə olmasaydı şöbə müdiri paytaxtda dəbdəbəli imarət, bina evi xarici aftomobil və sair obyektlər əldə etməzdi. Qeyd edək ki, Balakən Təhsil Şöbəsinin müdiri Mahir Dibirovun “dərnəklər maxinasiyası” ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyanı araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

İlqar Sadıqov

Oxu 625 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu