Azərbaycanda 202 nəfər vətəndaşlıqdan məhrum edildi

Bu məqaləni qiymətləndir
(0 səs)

Dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə, ötən il 202 şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı rəylər hazırlanıb.

Xeber.İnfo məlumatına görə, Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış rəylər baxılması üçün müvafiq məhkəməyə təqdim edilib.

 

Qeyd edək ki, həmçinin 2017-ci ildə Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı fiziki şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş 31507 sənəd (sorğu) araşdırılıb, əvvəlki hesabat dövründən icraatda olan sənədlər də nəzərə alınmaqla 27088 nəfərin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyənləşdirilib.

Xeber.İnfo

Oxu 456 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.