Keçmiş deputat Mirşahinə meymun dedi Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Keçmiş deputat Mirşahinə meymun dedi: “...meymunun əlinə avtomat vermək kimi bir şeydir”

Dünən Mirşahinin mətbuatda səs-küyə səbəb olan məlum statusu cavabsız qalmayıb. Tanınmış jurnalistə ən ağır söyüşlərlə cavab verən isə onun həmkarı, keçmiş deputat Etibar Hüseynov olub. O, Mirşahinə televiziya etibar edilməsinin də səhv addım olduğunu bildirib: "Zaman göstərdi ki, ötən iki il ərzində Mirşahin qətiyyən ağıllanmayıb. Və bu ağılın sahibinə də TV etibar eləmək, meymunun əlinə avtomat vermək kimi bir şeydir”.

Məlumata görə, M. Ağayev keçmiş deputatın bu söyüşlərinə cavabını onun inboksuna yazıb və onu blok edib. 

Qeyd edək ki, tanınmış teleparıcının dünən öz feysbuk hesabında yazdığı aşağıdakı status qalmaqala səbəb olub: "Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə…sevəcəm!” 

Oxu 463 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.