Mirşahin Ağayevin telekanalına müddətsiz lisenziya verildi

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

 

Xeber.info xəbər verir ki, MTRŞ-dan apa-ya verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real” TV) baş direktoru Mirşahin Ağayevdir.

Xeber.info 

Oxu 603 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.