Telekanallar əyləncəli verilişlərin yayımını dayandırdı

Bu məqaləni qiymətləndir
(0 səs)

Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın zamanı 25 nəfərin ölümü ilə əlaqədar Azərbaycanda radio və televiziyalar əyləncəli verilişlərin yayımını dayandırıb.

 

Xeber.info xəbər verir ki, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin İctimai-siyasi verilişlər departamentinin rəhbəri Vaqif Aydınoğlu metbuat.az-a açıqlamasında bildirib ki, yanğın xəbərini eşidən kimi kanalın proqramında dəyişiklik edilib:

“Bunu ilk biz etdik. Proqramdan musiqili verilişlər çıxarıldı. Həmçinin, radioda da (106.0 və 106.3 FM) templi musiqilərin yayımı dayandırıldı”.

ARB TV-nin strateji inkişaf marketinq və media direktoru İsmayıl Həsənov qeyd edib ki, ARB-dəki əyləncəli verilişlər artıq dayandırılıb:

““Sayqa ilə bu axşam” və “Qaymaq” yumoristik verilişi efirdən çıxarıldı”.

Qeyd olunan kanallarla yanaşı “Space” Müstəqil Televiziya və Radio Şirkəti də özünün efir siyasətində dəyişiklik edərək bütün əyləncəli proqramlardan imtina edib.

Xeber.info

Oxu 389 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.