2017 nə ilə yadda qalacaq? – Rəşad Hüseynov yazır

Bu məqaləni qiymətləndir
(1 Səs)

Yola salacağımız 2017-də ciddi yadda qalan hadisəyə şahidlik eləmədik. Yeganə hay-küylü məsələ hakimiyyətin Avropaya savaş açması oldu. Təbii ki, yalan üzərində qurulmuş Avropa suçlamaları o qədər də inandırıcı deyil. Əslində son illərdə Avropadan uzaqlaşma siyasəti müşahidə olunur.

Hakimiyyət təsir edə bildiyi media orqanları ilə ardıcıl Avropa ölkələri əleyhinə təbliğat aparır. Beynəlxalq təşkilatlarla normal əməkdaşlıq qura bilən və ölkəmizdə demokratik cəmiyyətin qurulmasına töhfə verməyə çalışan hüquq müdafiəçiləri, jurnalistlər və aktivistlər isə saxta ittihamlarla həbsə atılıblar. Əksər azad söz və fikir adamları da Avropa ölkələrinə sığınıblar.

Hakimiyyət mühacir mövzusunda da “ilk”ə imza atıb. Mühacir həyatı seçən şəxslərin Azərbaycanda yaşayan qohumlarını məcbur edir ki, qohumluq əlaqələrindən imtina eləsinlər. Tarixdə belə hadisələrə çox nadir hallarda rast gəlmək olar.  

Mövcud hakimiyyətin ölkənin qapilarini Avropaya bağlamaqla nəyəsə nail olmasi isə mümkün deyil. Lakin əfsuslar olsun ki, hakimiyyət bunu mümkünsüzlüyünü dərk etmir və hökümətin indiki siyasəti isə məhz ölkəmizin inkişafini əngəlləməyə doğru yönələn bir siyasətdir.

2017 həm də insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə yaddaşlara həkk olacaq. Ölkəmizdə vətəndaş cəmiyyətinə və siyasi partiyalara qarşi təzyiqlər daha çox güclənib, siyasi repressiyalar davam etməkdədir. Hələ keçən ilin sonunda bildirmişdim ki, bu il çox ağir il olacaq. Və təəssüflər olsun ki, proqnozlarım hər zaman özünü doğrultmaqdadır. Əslində mövcud hakimiyyət bu ilin imkanlarini doğru-düzgün qiymətləndirə bilmədi. Çünki kifayət qədər şans var idi ki, ölkədə ciddi demokratik islahatlar aparılsın, ölkə vətəndaşlarının sərbəst toplaşma azadlıqları təmin edilsin və vətəndaş cəmiyyətinin inkişafi üçün zəmin yaradilsin. Uzun illərdi ölkə hakimiyyəti istəmir ki, ictimai-siyasi meydanda partiyalar, müstəqil media və QHT-lər olsun. Mövcud olanlari isə hər zaman zərərləşdirməyə çalişirlar. Lakin məhz hökümətlə əməkdaşliq və onunla eyni mövqeydə çixiş edən media qurumlari və QHT-lərin sayi durmadan artir. Bütün bunlara isə sadəcə olaraq ölkədə demokratiyanin olunmasi üçün müəyyən görüntülər yaradir.

 Bildiyiniz kimi 2018-ci ildə ölkədə prezident seçkiləri keçiriləcək. Və seçkiqabağı ölkədə demokratik mühit yaratmaq üçün vətəndaş cəmiyyətinin güclü şəkildə hakimiyyət tərəfindən idarə olunması lazim gələcək. Bu üzdən ölkədə müstəqil QHT-ə və mətbuat daha da sıxışdırılacaq və onların qrantları müxtəlif yollarla kəsiləcək. Hətta gələn ilki prezident seçkilərinə namizəd olmaq istəyən müxalifət nümayəndələri ciddi şəkildə məyus olacaqlar. Mövcud hakimiyyətin bu addimi isə məhz Azərbaycan xalqının maraqlarına vurulan ciddi zərbə olacaq.

Xeber.İnfo,

Rəşad Hüseynov

Oxu 159 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.