Azərbaycanın bu günü - Rəşad Hüsynov yazır

Bu məqaləni qiymətləndir
(0 səs)

Hakimiyyətin ölkəni vətəndaşlarin qonşu ölkələrə həsəd aparacaqları qədər bərbad hala saldığı göz önündədir. Hər gün yarıtmaz siyasətin, qüsurlu idarəçiliyin bir nümunəsinə şahid oluruq. AzTv-nin xəbərlərini nəzərə almasaq, ölkədə xoş söz eşitmək mümkünsüz hala düşüb. Hökümətin yalan üzərində qurulmuş islahat proqramlari, anti-böhran tədbirləri tənəzzülə uğrayıb. Hətta statistik məlumatlardan da ölkənin uçuruma yuvarlandığını aydın sezmək olur.

Hakimiyyət isə sosial şəbəkələrdə tənqid yazanlari izləməklə məşğuldu. Saxta ittihamlar uydurur, qanunsuz həbslər həyata keçirir, minlərlə vətəndaşın həyatını çalır. Bir qayda olaraq tənqidi fikirlərin qarşısını almaqla ömrünü uzatmağa çalışan siyasi hakimiyyət səhv yolda olduğunu ya anlamır, ya da bütün çıxışları qapanıb, artıq.

Çarəsiz duruma salınan xalq isə taleyin ümidinə buraxılıq. Bütün ümidlərin üstündən xətt çəkən vətəndaş yaşamaq üçün qaranlıqda iynə gözündən keçirməyə işıq axtarır.

Allah bizə yardımçı olsun!

Oxu 70 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.